17 avqust tarixində baş verən yanğın hadisələri...

17 avqust tarixində baş verən yanğın hadisələri...
 

Paralel.az xəbər verir ki, Bakı şəhərinin Xəzər rayonunda “BАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yol kənarındakı elektrik xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

*****

Xaçmaz rayonunun Şıxlar kəndində ümumi sahəsi 100 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 88 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

*****

Ağsu rayonunun Keşdiməz kəndində ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları 50 m² sahədə və altına yığılan 12 ton ot bağlamasının 7 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

*****

Salyan rayonunun Kür Qaraqaşlı kəndində ümumi sahəsi 48 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

*****

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 126 m² olan talvarın yanar konstruksiyaları 63 m² sahədə, altına yığılan taxta materialları 1 m³ və ümumi sahəsi 4 m² olan köşkün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

FHN

0.024808168411255