Professor Zahid Məmmədov vəfat edib

Professor Zahid Məmmədov vəfat edib
 

Paralel.az xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru mədZahid Məmov vəfat edib.

O, 90 yaşında dünyasını dəyişib.

Zahid Məmmədov universitetin “Humanitar fənlər” kafedrasında məsləhətçi-professor vəzifəsində çalışırdı.

Qeyd edək ki, 1931-ci il oktyabrın 31-də Füzuli rayonunun Cuvarlı kəndində anadan olub. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 aprel tarixli 1430 nömrəli sərəncamı ilə Zahid Məmmədova Azərbaycan Respublikasının “Əməkdar müəllim fəxri adı” verilib. Təhsil Nazirliyinin 2 noyabr 2006-cı il tarixli əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

0.018002986907959