Azərbaycanda COVİD-19 -dan 17 nəfər vəfat edib
Paralel.az xəbər verir ki, son sutkada Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 1851 yeni hal aşkar edilib, 402 nəfər sağalıb, 17 nəfər vəfat edib.
Bu barədə avqustun 16-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Ümumilikdə pandemiya başlayandan 369 853 nəfər yoluxub, o cümlədən 339 327 nəfər müalicə olunub, 5 170 nəfər vəfat edib. 25 356 aktiv xəstənin müalicəsi davam edir. Son sutka ərzində 9 695 test keçirilib.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.
Sutka ərzində 251 vaksin vurulub. İlk dozanı 206, ikinci dozanı 45 nəfər alıb. Peyvəndlərin ümumi sayı 5 794 483 dozadır. İlk dozanı 3 420 144, hər iki dozanı 2 374 339 nəfər alıb
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.
İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.