Qazimiz savaşdaykən məhkəmə onu cərimələyib

Qazimiz savaşdaykən məhkəmə onu cərimələyib
 
Şəkildə gördüyünüz şəxs ehtiyatda olan zabitimiz - baş laytenant Azad Orujov dur.
İkinci Qarabağ savaşı başlayanda könüllü olaraq ön cəbhəyə yola düşüb.
Azad olunmuş əksər rayonlarımız uğrundakı döyüşlərdə qəhrəmanlıqla döyüşüb. Göstərdiyi şücaətə görə bir neçə medalla təltif olunub.
Paralel.az xəbər verir ki, fevral ayında ordudan tərxis olunub.
İki universitet bitirsə də hal hazırda işsizdir və ciddi sosial problemlərin məngənəsində sıxılır.
Belə ağır zamanda bir tərəfdən də məhkəmə icraçıları qapıya dirəniblər
və 200 manat cərimənin ödənilməsi tələbilə avqust ayının sonuna kimi vaxt veriblər.  
Demə, Azad bəy Qarabağda Vətənimizin bütövlüyü uğrunda ölüm - qalım savaşı verərkən "şanlı polisimizin" pandemiya şərtlərini pozduğu üçün onun haqqında tərtib etdiyi cərimə protokolu əsasında "ədalətli məhkəməmiz" qiyabi olaraq 200 manat cərimə qərarı qəbul edibmiş.((
Görəsən, Salyan rayon məhkəməsinin hakimi qazimizin cərimə edilməsi haqqında qiyabi olaraq bu qərarı qəbul edərkən onun harada olduğu haqqında bir məlumata malik olubmu?
Görəsən, 200 manatlıq cərimə Azad bəyin vətənimiz uğrunda verdiyi mücadilədən və ya onun sağlamlığından çoxmu dəyərlidir?
Görəsən, Qazi zabitimizə qarşı bu qədər ucuzluğun, sayğısızlığın, rəzalətin kökü hara bağlıdır?
 
Ədalət Yusif
 
0.016773223876953