Azərbaycan sülhməramlıları Əfqanıstanadan vətənə qayıdacaq

 

Azərbaycan sülhməramlıları Əfqanıstanadan vətənə qayıdacaq 
 

Paralel.az xəbər verir ki, Əfqanıstandakı Türkiyə vətəndaşlarının təxliyəsi üçün təyyarə göndərilib. Dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstandakı Türkiyə vətəndaşlarına çağırış etərək, ölkəyə qayıtmaq istəyənlərin səfirliyə müraciət etmələrinə çağırmış, vətəndaşların təxliyəsi üçün bütün lazımi tədbirlərin görüldüyünü vurğulamışdı.

Bu gün isə Türkiyə və Azərbaycan xarici işlər nazirləri, Mövlut Çavüşoğlu və Ceyhun Bayramov telefon aralarındakı danışıqı zamanı Əfqanıstandakı Türkiyə və Azərbaycan sülhməramlılarının vəziyyətini, onların ölkədə təxliyə edilməsi məsələsini müzakirə ediblər. Sülhməramlıların haçan Əfqanıstandan təxliyyə edilməsi barədə dəqiq məlumat verilməsə də, ekspertlər hesab edir ki, yaxın günlərdə, sravi vətəndaşlar və səfirlik nümayəndələri Əfqanıstandan çıxarıldıqdan sonra, sülhməramlılar da vətənə qayıdacaq.

Məlumat üçün bildirək ki, Azərbaycan sülhməramlıları Türkiyə sülhməramlıları ilə birlikdə Əfqanıstanın Kabil Hava Limanını mühafizə edirdi.

Qeyd edək ki, bazar günü Taliban silahlıları döyüşsüz ölkənin paytaxtı Kabili tutaraq bütün ölkədə nəzarəti ələ keçirdiyini elan edib. Bir çox ölkə vətəndaşlarının təxliyəsi üçün hərəkətə keçib.

Akif Nəsirli

0.022160053253174