Peyvənd almayanlar ƏƏSMN qrumlarına buraxılmayacaq 

Peyvənd almayanlar ƏƏSMN qrumlarına buraxılmayacaq 
 

Səadət Bənənyarlı: "Belə alternativ yol olduğu halda, vətəndaşın konstitusion huquqlarını pozmaq olmaz"

Novella Cəfəroğlu: "Nazirlik bunu öz təşəbbüsü ilə yarım ay ertələyə bilməz, bu qanun pozuntusudur"

Paralel.az xəbər verir ki, avqustun 16-dan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduqları halda həyata keçirilir.

Nazirlikdən verilən məlumata görə, eyni zamanda, vətəndaşların Nazirliyin elektron xidmətlərinə etdikləri müraciətlərə baxılması da COVİD-19 pasportuna malik olmaları barədə məlumat daxil edildiyi (o cümlədən ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciət zamanı Ərizə-bəyannamədə qeyd edildiyi) halda həyata keçirilir.

Nəzərə almaq lazımdır ki, sözügedən nazirliyə müraciət edən vətəndaşların hamısı sosial müdafiəyə ehtiyacı olan əhalidir və onların əksəriyyəti xəstə və yaşlı olduğundan COVİD-19-a qarşı peyvənd olunmaqdan qorxur. Digər tərəfdən isə nazirliyin qəbul etdiyi sözügedən qərar vətəndaş hüquqlarının məhdudlaşdırmaqla pozulması deməkdir.

Məsələ ilə bağlı münasibət bildirən hüquq müdafiəçisi Səadət Bənənyarlı bildirdi ki, bu sosial müdafiəyə ehtiyacı olan əhalinin hüquqlarının pozulmasıdır: "Bu həssas qrupun əksəriyyəti peyvənd olunmaqdan qorxur və bəlkə də haqlıdırlar. Nazirlik zəhmət çəksin, hər bir qrumunun qarşısında pulsuz ekspres-test məntəqəsi açsın, yoxlasınlar, sağlamları qəbul etsinlər, xəstələri də müalicəyə göndərsinlər. Belə alternativ yol olduğu halda, vətəndaşın konstitusion huquqlarını pozmaq olmaz".

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə məsələ ilə bağlı dedi ki, sözügedən qadağalar qanunla 1 sentiyabırdan tətbiq edilməli idi: "Nazirlik bunu öz təşəbbüsü ilə yarım ay ertələyə bilməz, bu qanun pozuntusudur. Amma 1 sentiyabırdan başlayaraq vətəndaşlardan peyvənd pasportunun istənilməsinin leyhinəyəm. Bəli, bu vətəndaş tərəfindən hüquq pozuntusu qiymətləndirilə bilər, amma kimsə digərlərinin hüququnu pozub, onu yoluxdura bilər. Yəni vətəndaş hüququna ikitərəfli rakursdan baxmaq lazımdır. Birinin hərəkəti digərinin hüququnu poza bilir, dövlət isə hər iki tərəfin hüquqlarının qarantıdır".

Akif Nəsirli

0.024277925491333