Erməni tərəfdən ermənisayaq bəyanat 

 

Erməni tərəfdən ermənisayaq bəyanat  
 

Paralel.az xəbər verir ki, erməni mətbuatı “Dağlıq Qarabağ Müdafiə Ordusu”nun Bakının Azərbaycanın mövqelərinin atəşə tutulmasıyla bağlı xəbərləri təkzib edən bəyanatını yayıb. Xəbərdə deyilib ki, daha əvvəl Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin Şuşa yaxınlığında, Yuxarı Veysəlli, Sxnax kəndləri istiqamətində atəşkəsi pozduğunu bəyan edib.

“Dağlıq Qarabağ ordusu bu xəbərlərin reallığa uyğun olmadığını bildirir. Aydındır ki, bu cür yalan xəbərlərlə Azərbaycan tərəfi gələcəkdə daha təxribatçı hərəkətlərə zəmin hazırlayır. Müdafiə Ordusunun bölmələri atəşkəsə ciddi riayət edir və yalnız Azərbaycanın təxribatlarına qarşı mübarizə məqsədi ilə cavab tədbirlərinə əl atır” deyə, mənfurluqdan yoğrulan bəyanatda deyilir.

Nigar

0.10314202308655