Orta məktəbdən valideynlərin mütləq peyvənd olunması çağırışı
Paralel.az xəbər verir ki, paytaxtın orta məktəb şagirdlərinin valideynlərinin vaksinasiya prosesinin məcburilyi barədə məlumat yayılıb. Orta məktəblərdən bu gün verilən məlumata görə, vaksin olunmuş valideynlərin siyahısı tərtib edilərək təcili şəkildə məktəbə təqdim olunmalıdır: “Vaksin olunmayan valideyn və övladı yeni tədris ilindən məktəbə daxil ola bilməz. Çünki müəllimlərimizin və şagirdlərimizin sağlamlığı bizim üçün çox önəmlidir. Hər iki valideynin vaksin olunması vacibdir. Vaksin şagirdlərə aid deyil”.
Məlumatda qeyd edilib ki, Yasamal rayonu ərazisində peyvəndləmə prosesi 3, 16, 19, 39 saylı poliklinikalarda və “Tusi”, “Həyat” klinikasında aparılır.
Nigar