FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin üzvləri bu gün neçə insanın həyatını xilas edib? 

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin üzvləri bu gün neçə insanın həyatını xilas edib? 
 
Paralel.az xəbər verir ki, ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin liftdən çıxarılmasını təmin ediliblər.
 
**********
 
Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, İsmayıllı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

**********

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda heyvan faktorunun (inək) dərinliyi təqribən 4 metr olan quyuya düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 
ŞAHNAZ
0.012188196182251