Bu gün saat 07:30-dək olan yanğın hadisələri
 

Bu gün saat 07:30-dək olan yanğın hadisələri 
 

Paralel.az xəbər verir ki, Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 15 m² olan mağazanın içərisində piştaxtaya yığılan mallar yanıb, elektrik naqilləri əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

*********

Bərdə rayonunun Türkman kəndində ümumi sahəsi 40 m² olan ərzaq mağazasının yanar konstruksiyaları, içərisində 3 ədəd soyuducu və 1 ədəd kondisioner yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

*********

Mingəçevir şəhərində ümumi sahəsi 100 m² olan taxta emalı sexinin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və içərisinə yığılan taxta qırıntıları 10 m² sahədə yanıb. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

*********

İsmayıllı rayonunda ümumi sahəsi 300 m² olan talvarın yanar konstruksiyaları 150 m² sahədə yanıb. Talvarın qalan hissəsi yanğından mühafizə olunub. 

fhn.gov.az

0.043110132217407