Rəşad Mahmudov: "Həmin tibb işçilərinin diplomlarının ləğv edilməsi gündəmə gətirilməlidir"

 Rəşad Mahmudov:
 

Ölkədə müxtəlif yollarla saxta COVID-19 pasportu alanlarla bağlı fikirlər səslənir. Bu hal dövlətin bu sahəyə ayırdığı pulların havaya sovrulması deməkdir. Bəs görəsən çıxış yolu nədədir? Buna necə son qoymaq olar? 

Paralel.az xəbər verir ki, Rəşad doktor hesab edir ki, bu rəzilliklə məşğul olan tibb işçilərinin diplomları ləğv olunmalıdır.

Rəşad Mahmudov: "Saxta koronavirus pasportunun verilməsi Azərbaycanda pandemiyası ilə mübarizədə görülən işlərə vurulan ən böyük zərbədir. Saxta peyvənd pasportu verən tibb işcilərinin cəzası birmənalı şəkildə çox ağır olmalıdır. Ən yaxşı halda isə həmin tibb işçilərinin diplomlarının ləğv edilməsi gündəmə gətirilməlidir. Azərbaycanda peyvəndləmə prosesi dünya ölkələrinə nisbətən qənaətbəxş, təqdirəlayiq formada həyata keçir. Amma bu hələ də bizim təhlükəsizliyimiz üçün arzuolunan, cəmiyyətin 75 faizinin iki dəfə vaksinlənmə dəyərindən çox aşağıdır. Üçüncü doza rəqəmlərini nəzərə almasaq, ölkəmizdə 15 milyon peyvənd istifadə olunduqdan sonra nisbətən rahat nəfəs alacağımız güman olunur".

Şahnaz

0.024816989898682