Bu gündən metroya daxil olan bəzi şəxslər yoxlanılacaq

Bu gündən metroya daxil olan bəzi şəxslər yoxlanılacaq
 

Paralel.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev: "Bakıda metro stansiyalarına daxil olan vətəndaşlardan COVID pasportu, yaxud hər hansı digər sənəd tələb olunmur. Ancaq aktiv koronavirus xəstəsi olması ilə bağlı şübhə doğuran şəxslər yoxlanılır”. Aktiv koronavirus xəstəsi olduğu şübhəsi doğuran şəxslərin hərarəti ölçülür, sağlamlığında COVID-lə bağlı risk olan vətəndaşlar metropolitenə buraxılmır. Digər hallarda metropoliten stansiyalarına giriş tamamilə sərbəstdir”.

Qeyd edək ki, bu gündən etibarən Bakıda metropolitenə daxil olan bəzi vətəndaşların yoxlanılmasına başlanılıb. Polis vətəndaşlardan COVID pasportunun olub-olmadığını soruşur.

ŞAHNAZ

0.043667078018188