Bərdə rayon sakini Quliyev Əlizamin Baloğlan oğlundan prezident İlham Əliyevə şikayət  məktubu

Bərdə rayon sakini Quliyev Əlizamin Baloğlan oğlundan prezident İlham Əliyevə şikayət  məktubu
 

Paralel.az xəbər verir ki, Bərdə rayonu, Qaradırnaq kənd sakini Quliyev Əlizamin Baloğlan oğlu ölkə prezidenti İlham Əliyevə şikayət  məktubu ünvanlayıb. Redaksiyamıza göndərilən məktubu olduğu kimi təqdim edirik. 

“Möhtərəm Prezident!
Mən media vasitəsilə Sizə bildirirəm ki, Bərdə Müalicə-Diaqnostika Mərkəzinin həkimi Bəhruz Abbasovun səhvi nəticəsində anam Quliyeva Xalidə Hüseyn qızı dünyasını dəyişmiş, Bərdə rayon prokuroru Rəşad İsgəndərov isə, həkim səhvi nəticəsində baş vermiş bu ölüm hadisəsinə sanki insan deyil, bir çolpa ölümü kimi baxır. Belə ki, anam Xalidə Quliyeva babasil xəstəliyindən əməliyyat olunması üçün Bərdə Müalicə-Diaqnostika Mərkəzinin həkimi Bəhruz Abbasova müraciət etdik. Müayinələrdən sonra 04.02.2021-ci il tarixdə anam əməliyyat olundu. Əməliiyat olduqdan sonra onda olan ağrılar azalmaq əvəzinə daha da artdı və şiddətləndi. Belə ki, anam Xalidə Quliyevanın səhhətində umumi halsızlıq, zəiflik, huşun pozulması, qarın içi şiddətli ağrılar, ürəkbulanma və qusma halları başladı. Dəfələrlə həkim Bəhruz Abbasova anamın vəziyyətinin pisləşməsi ilə bağlı müraciətlər etsək də o, bu ağrıların əməliyyatdan sonra adi hal olmasını deyirdi. 20 fevral 2021-ci il tarixdə anamın vəziyyətinin kəskin şəkildə pisləşdiyini görüb, onun müayinə olunmasi üçün Gəncə Beynəlxalq Xəstəxanasına müraciət etdik. Müayinə zamanı məlum oldu ki, əməliyyat zaman bağırsağın beş yerdən qeyri-travmatik deşilməsi halı baş verib.​ Həkim Bəhruz Abbasov isə, əməliyyatı belə sona çatdıraraq yaraya tikiş qoymuşdur. Nəticədə anamın qəbul etdiyi qidalar çölə yox, qarın nahiyyəsinə ifraz olunmuşdur. Bəli, anamın ölümünün səbəbi Bərdə Müalicə-Diaqnostika Mərkəzinin həkimi Bəhruz Abbasov məsuliyyətsizliyi və səhvi olmuşdur. Anamın heç bir orqaınında problemi yox idi, yeganə problemi babasil xəstəliyi idi. Bu xəstəlikdən də insan ölümü bir faizdir ki, bunu da Bəhruz Abbasov kimi bacarıqsız və savadsız həkimlərin səhvlərinə görə olur.
​ ​ Sizi məlum edirəm ki, Bərdə Müalicə-Diaqnostika Mərkəzinin həkimi Bəhruz Abbasovun səhvi nəticəsində anamın həyatı uğurunda mübarizə aparmaq üçün, ailəmiz əlimizdə olan qəbzlərə əsasən Gəncə Beynəlxalq Xəstəxanasına 8162 (səkkiz min bir yüz altmış iki) manat, faktiki olaraq daha artıq pul (15-16 min manat) pul xərclədik. Bu pulun çox hissəsini borc almışıq, artıq anam da həyatda yoxdur. Çox acınacaqlı bir vəziyyətdəyik. Bütün bu yazdıqlarımı rəsmi sənədlərlə subut olunur. Bu qədər faktlar və sənədlər olduğu halda, Bərdə rayon prokuroru Rəşad İsgəndərov Bərdə Müalicə-Diaqnostika Mərkəzinin həkim Bəhruz Abbasovun törətdiyi bu cinayət əməlini ört-basdır etmək istəyir. Yəni, onun belə bir əməlini səhlənkarcasına araşdırır və bunun nəticəsində də əməli törədən həkim cəzasız qalır. Bu gün Bərdə Müalicə-Diaqnostika Mərkəzinin cinayət törətmiş həkimi heç nə olmamış kimi öz işini davam etdirməkdədir. Allah bilir, onun növbəti qurbanları kimlərsə olacaq.

​ ​ ​ Möhtərəm Prezident!

​ ​ ​ Mən dogma anamı itirmişəm, bu mənim üçün ağır bir dərddir. Heç olmasa onun ölümündə günahı olan şəxslər cəzalandırılarsa, o halda bu mənim üçün bir təskinlik olar. Eyni zamanda, həmin şəxslərin əməlləri nəticəsində digər insanların ölümlərinin qarşısı alınar. Əməliyyata götürülməzdən öncə anamın üzərində aparılan müayinə və analizlərdən görünür ki, onun babasil xəstəliyindən başqa heç bir xəstəiyi olmayıb. Anam tibb elmində ən asan hesab olunan babasildən əməliyyat olunub. Həkim məsuliyyətsizliyinə görə onun bağırsağının deşilməsi anamın ölümünə səbəb oldu. Bərdə rayon prokuroru Rəşad İsgəndərov onun ölümünə çolpa ölümü kimi baxır. Ona görə də Sizdən xahiş edirəm ki, anamın həyatına son qoymuş Bərdə Müalicə-Diaqnostika Mərkəzinin həkim Bəhruz Abbasov barəsində qanuni tədbir görülməsi üçün, Azərbaycan Respublikasının Baş Prokurorluğuna lazımi tapşırığınızı verəsiniz və onun icrasını şəxsi nəzarətinizə də götürəsiniz. Allah Sizə yar olsun!”

Hörmətlə Quliyev Əlizamin Baloğlan oğlu

0.057886123657227