Valideynlər narahatlıq içindədir

 

Valideynlər narahatlıq içindədir 
 

Valideynləri vaksin olunmayan şagirdlərin məktəbə buraxılmayacağıyla bağlı xəbərlər son günlər səngimək bilmir. Ölkəmizdə ümumi orta təhsilin icbari olduğunu xatırlatsaq, bu məsələnin valideyinlər üçün çox vacib və həyati məsələ kimi qəbul edildiyini də söyləməliyik. Bu mənada, övladlarını ümumi icbari orta təhsildən yayındırmaq və onu təhsil almaq hüququndan məhrum etmək yolverilməz sayılır. O zaman, valideynləri vaksin olunmayan şagirdlərin məktəbə buraxılmayacağı və nəticədə valideynin məcburi şəkildə vaksinasiyaya getməsi məsələsi gündəmə gəlir ki, əksər valideyinlər də bundan narazıdır.

Narazılığın narahatlıq kəsb edən məqamı da odur ki, bütün valideynlər eyni sağlamlıq imkanlarına malik deyil. Onların sırasında ciddi xəstəliyi olan, vaksinasiya tətbiqi yasaq

edilənlər də var. Bu mənada, vaksinasiya prosesindən keçməyən valideynlərin övladları doğrudanmı məktəbə buraxılmayacaq?

Sözügedən sualla paytaxt məktəblərinin əksəriyyətiylə əlaqə saxlamağa çalışdıq.

Yasamal rayonu, 13 saylı tam orta məktəbdən söylədilər ki, həmin məktəbdə təhsil alan şagirdlərin valideynlərinin vaksinasiya olunması məcburiyyətiylə bağlı heç bir məlumat yoxdur.

Əhmədli qəsəbəsində yerləşən 25 saylı orta məktəbdən də sözügedən istiqamətdə hansısa məcburiyyətin və məlumatın olmadığını söylədilər.

Yasamal rayonu, 53 saylı tam orta məktəbdən isə bildirildi ki, bu məlumatlar həqiqəti əks etdirmir. Yəni bu barədə rəsmi qərar yoxdursa, valideynləri vaksin olunmayan şagirdlərin məktəbə buraxılmayacağını kimsə iddia edə bilməz: “Bu barədə qərarı hökumət verir. Biz

də belə qərarın verilməsini eşitməmişik. Nə televiziyada, nə də başqa yerdə belə bir rəsmi xəbər verilib. Rəsmi olmayan xəbərlərlə insanları çaşdırmaq lazım deyil. Biz bu gedişlə hara gedirik?!”.

Valideynləri narahat edən sualla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə sorğumuza cavab ala bilmədik. İdarənin müxtəlif şöbələrinə etdiyimiz israrlı zəngə gün ərzində cavab verən olmadı. Təbii ki, həftəbaşı iş günü olmasına baxmayaraq.

Nigar

0.053210020065308