"Yamanca yorulmuşam mən"

 

İnsan robot deyil, onun hissləri, duyğuları, fiziki mənəvi imkanları var bu imkanlar sonsuz deyil. İnsan yaşlandıqca, daha həssas daha tələbkar olur, istər özünə, istərsə ətrafındakılara qarşı. Bütün bunları nəzərə alan normal dövlətlərdə yaşlı insanlara qarşı daha diqqətli anlayışlı davranmağa çalışırlar. Azərbaycanda isə belə bir yanaşma ancaq sözdə var. Əslində isə Azərbaycan məmurları, ölkənin ahıl təbəqəsinin cəmiyyətə bir yük olduğu düşüncəsindədirlər. Onların böyük əksəriyyətinin , yaşlı nəslə aid olduğunu nəzərə alsaq, bu yanaşmanı heç cür anlamaq mümkün deyil. Bununla belə, ölkədə əmək pensiyası üçün yaş həddinin artırılması, bankların digər kredit qurumlarının onlara sayğısız yanaşması, onu deməyə əsas verir ki, Azərbaycanda ahılları sevmirlər.

Bu günlərdə bir qrup ağsaqqalın söhbətinin iştirakçısı oldum. Bu da anlaşılandır ki, ağsaqqalların əsas müzakirə mövzusu həmişəki kimi, ölkəmizdə sosial ədalət prinsiplərinin pozulması, pensiya sisteminin düzgün qurulmaması heç şübhəsiz ki, həm sağlamlıqları  olur. Ağsaqqallardan birini mülahizələri isə xüsusilə diqqətçəkən idi.  O başqaları kimi sosial vəziyyətdən, xəstəlikdən, pensiyanın azlığından şikayətlənmədi. Sədəcə olaraq, "yorulmuşam, yamanca yorulmuşam mən", dedi.

-Yox, söhbət fiziki yorğunluqdan getmir. Ruhum yorulub, buna mənəvi yorğunluq da demək olar. Fiziki yorğunluqdan qurtulmağın bir yolu var. Gülümsəyərək sözünü davam edir.

-Pensiyanı alırsan, gedirsən "səfalı" bölgələritmizdən birinə, məsələn, Kürdəmirə, Yevlağa,   -Ora niyə a kişi? Əcəb səfalı yer tapmısan.

-Bizim pensiyamızla, başqa yerlərə buraxmazlar. Nəinki fiziki yorğunluğun çıxar, əksinə!

 Elə bir mənəvi "travma" alarsan ki, bütün qalan həyatın boyu yadından çıxmaz. Bu mənəvi sarsıntı səni elə bir hala salar ki, iki "Kamaz" "kubik" boşaltsan o hala düşməzsən. Əslində, burada söhbət heç maddi çatışmazlıqdan getmir, baxmayaraq ki, bu da mühüm şərtdir. Əsas məsələ insanların biri-birinə ümumilikdə dövlətin ahıl insanlara münasibətindən gedir. Çox təəssüf edirəm ki, Azərbaycanda fəaliyyət göstərən bütün istirahət mərkəzləri insanlara sadəcə olaraq gəlir mənbəyi kimi baxırlar. Amma, sənin bir insan kimi adi tələbatını belə, ödəmək iqtidarında (daha doğrusu) deyillər. Belə istirahət məkanları kimə lazımdır? Heç kimə, amma görün belə məkanların sayı Azərbaycanda qədərdir? Gileylənmək kimi çıxmasın,  son illərdə gördüklərimə əsaslanaraq demək istəyirəm ki, Azərbaycanın istirahət turizm məkanlarına heç bir nəzarət yoxdur. Burada hər kəs, "ağanəzərəm, belə gəzərəm" prinsipi ilə fəaliyyət göstərir. Məhz bu səbəbdən , bir çoxları əcnəbi ölkələrə, o cümlədən Şimali Qafqaza üz tutur. Bu məkanlar öz dəbdəbələrinə görə bizimkilərdən geridə qalsalar da, xidmət münasibət baxımından çox irəli gediblər bu sahədə böyük uğurlar qazana biliblər. İnsan burada həm mənəvi, həm fiziki cəhətdən yüngülləşmiş olur.

Digər ağsaqqal isə ümumiyyətlə insanların olmadığı bir adaya getmək istədiyini dilə gətirdi.

-İnsanların yaşamadığı bir adaya getmək istəyirəm. Orada istənilən vəhşi heyvanlar olsun, təki insan olmasın. Yorulmuşam, insanların riyakarlığından, yalanlarından, üzdə gülüb, arxada çevirmələrindən, yaltaqlıqlarından yorulmuşam.

Söhbət beləcə bir xeyli davam etdi. Bütün bu müddət ərzində sadəcə başqalarını dinləyən heç bir kəlmə belə dilinə gətirməyən üçüncü ağsaqqal:

-Səhərdən sizi dinləyirəm, deməyə söz tapmıram. İşləmək lazımdır, işləmək. Bizə yorulmaq olmaz, çünki yorulduğumuz gün, bizim son günümüz ola bilər. Amma açığını deyim ki, dostlar mən yorulmuşam, sizdən fərqli olaraq həm mənəvi, həm fiziki yorğunluq məni əldən salıb, amma dayanmaq istəmirəm. Səbəbini dedim axı! Yamanca yorulmuşam mən!

 Yusif Seyidindir

0.071468114852905