Çörəkbişirmə sexində yanğın olub

Çörəkbişirmə sexində yanğın olub
 

Paralel.az xəbər verir ki, Gəncə şəhərinin Süleyman Rəhimov küçəsində yerləşən çörəkbişirmə sexində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.

Ətrafdakı tikililər yanğından mühafizə olunub.Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

 
 
0.011903047561646