Su Meliorasiya Rafiq Aslanovun şəxsi obyektidir?
Suyun canlı aləmin varlığındakı rolu haqqında saatlarla, hətta günlərlə danışmaq olar. Məhz ona görə deyirik su həyatdır. Su olmayan yerdə həyatın mövcudluğu da mümkün deyil. Heyif ki, bu gözəl nemət dünyanın hər yerinə heç də eyni dərəcədə paylanmayıb. Baxmayaraq ki, yerin 2/3 hissəsi sudan ibarətdir, lakin su qıtlığı yenə də dünyada böyük problem olaraq qalır. Bir yandan da qlobal istiləşmə XXI əsrin insanını su sarıdan “imtahana çəkir”, çətin sınaqlarla üz-üzə qoyur. Bu barədə çox danışmaq olar, keçək əsas məsələyə.
Azərbaycanda suyun qiymətini hər kəs bilir, ucuz deyil. Ucuz olsaydı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədrinin müavini Rafiq Aslanov ondan milyonlar qazanmazdı. Deməli, su çox bahalı, hətta milyonlar qazandıran nemətdir.
Su aydınlıq da deyil. Əgər su aydınlıq olsaydı, qurumun sədr müavini Rafiq Aslanov Allahın gözəl neməti olan suyu qaranlıq və çirkli korrupsiya əməllərinə bulaşdırmazdı.
Rafiq 1984-cü ildən, yəni 39 ildir bu sudan doymur, əksinə sudan milyonlar qazanıb, yenə doymaq bilmir.
Bəli, Rafiq Aslanov yüzlərlə sahibkarın, fermerin süni balıq göllərinə su verir və milyonlar qazanır. Yazıq kəndli isə bağını suvarmağa su tapmır. Bu təkcə rüşvət və korrupsuya deyil e, həm də dinimizdə olan kimi Yezidlikdir.
Sən milyonlar qazan, sahibkarlar balıq satıb qazansın, binəva kəndli isə su üzünə həsrət qalsın...
Problem o dərəcədə kəskinləşdi ki, hətta cənab Prezident İlham Əliyev ötən ay su təsərrüfatının vəziyyətinə dair keçirdiyi videokonfransda bunları qeyd etmişdi: “Əgər, dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir”.
Bəli, cənab Prezident !
Rafiq Aslanov kimilər deyir ki, su itkiləri 40-50 faizə çatır. Yalan deyir, 40-50 faiz su itkisi yoxdur, həmən sular sahibkarlara, fermerlərə satılıb milyonlar qazanılır. Buyurun, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyasına baxaq:
Avtomobillərin nömrələri də ASLANOV soyadına uyğun Asl × nov (× sıralama rəqəmlərlə ifadə olunur, məs. 1,2,3,4,5 və s.) kimi qeydiyyata alınıb. Sədr müavininin oğlunun avtomobil kolleksiyada Bentley, Range Rover, Mercedes S Class, C Class, E Class da daxil olmaqla onlarla avtomobil var.
Cənab Prezident !
Bu avtomobillərin ikisini satmaqla bir rayonu 1 il su ilə təmin etmək olar.
Cənab Prezident!
Əgər bu su itibsə, yox olubsa, bu dəyəri milyonlar olan avtomobil kolleksiyası hansı pulla alınıb ?
Deməli, su itməyib, heç hara buxarlanmayıb, milyonlara çevrilib və Rafiq Aslanovun cibinə axıb.
Rafiq Aslanovun Londona qədər uzanan biznesi bəlkə dədəsindən, babasından qalıb ?
Rafiq Aslanov qohum-əqrəbasını başına yığıb Meliorasiyanı şəxsi biznesinə çevirib.
Rafiq Aslanovun bacısı oğlu İlqar Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC -nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisidir.
İlqar Əliyev üçün qanun anlayışı yoxdur, kim çox pul verirsə, suyu ona verir və deyir ki, pulun yoxdursa, canın çıxsın.
Yeri gəlmişkən, Rafiq Aslanov ASC sədrinin MALİYYƏ məsələləri üzrə müavinidir, hər şey onun qələmindən asılıdır.
Təsəvüvr edirsiniz, Rafiq Aslanova güvənən bacısı oğlu İlqar Əliyev dövlət vəsaiti hesabına, özünə təzə kabinet, hətta işdə hamam düzəltdirir, istirahət otağı-filan. Bircə saunası çatışmır.
Adam idarəyə öz şəxsi təsərrürfatı kimi baxır, kimi istəyir işdən qovur, kimi istəyir qapısında işlədir.
Təsəvvür edirsiniz, İlqar Əliyev dəyəri 1 milyon olan kranı yararsız kimi sənədləşdirib və satıb.
İlqar Əliyev öz kabinetinə 40 min manat dəyərində mebel alıb.
Rafiq Aslanovun paytaxtda-Nəsib Bəy Yusifbəyli küçəsi 100 ünvanda-yüksəkmərtəbəli yeni binasının dəyəri neçə milyondur ?
Hələ Qubanın Qəçrəş kəndində böyük istirahət mərkəzi və daha nələr...
Əlavə nəsə yazmağa ehtiyac varmı ?
Bir sözlə, dayı Rafiq Aslanovla bacıoğlu İlqar Əliyev Su Meliorasiyanı şəxsi obyekt kimi işlədirlər.
Bəs ASC-nin yeni sədri Zaur Mikayılov hara baxır ?
Bu, artıq başqa yazının mövzusudur.