Dünyada COVID-19-a yoluxanların sayı 203,3 milyonu keçdi

 

 

Dünyada COVID-19-a yoluxanların sayı 203,3 milyonu keçdi  
 

Paralel.az iNTERFAX.RU-ya istinadan xəbər verir ki, Amerika Johns Hopkins Universitetinin məlumatlarına görə, çərşənbə axşamı səhər saatlarında dünyada qeydə alınan COVID -19 infeksiyasına yoluxanların sayı 203 389 418 nəfər oldu.

Virusun yayılmasının başlanmasından bəri COVİD-19 testi pozetiv çıxmış 4303 060 nəfər öldü.

15 milyondan çox COVID-19 infeksiyasına yoluxmuş vətəndaşı olan ölkələr arasında ABŞ, Hindistan və Braziliya da var.

Yoluxanların və ölənlərin sayına görə liderlik ABŞ-da qalır - burada cəmi 35 948 170 COVID-19 infeksiyasına yoluxma halı aşkarlanıb və ölənlərin sayı 617 321-ə yüksəlib.

Hindistanda COVID-19 testi pozetiv çıxanların ümumi sayı 31 998 158-ə çatıb, 428 682 insan infeksiyanın təsirindən ölüb. Hindistan yoluxmuş insanların sayına görə ikinci yerdədir.

Dünyada yoluxma sayına görə üçüncü yerdə pandemiya dövründə 20 177 757 yoluxma hadisəsinin qeydə alındığı Braziliyadır - 563 562 nəfər ölüb.

Dünyanın ən əhəmiyyətli hadisələrinin statistikasında ixtisaslaşan "Worldometer" portalına görə, dünya əhalisinin bir milyonuna düşən ölüm nisbəti çərşənbə axşamı  553,8 nəfər olub. ABŞ-da hər bir milyon xəstədən 1902, Hindistanda 307, Braziliyada 2631 nəfər ölüb.

Akif Nəsirli

0.023726940155029