UNESCO-ya qeyri-maddi mədəni irs elementlərimizi təmsil edən hansı yeni nominasiyalar təqdim edilib?
Ölkəmiz 1992-ci ildən UNESCO-ya üzv qəbul olunub. 1996-cı ildə isə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində memorandum imzalanıb. Həmin vaxtdan etibarən BMT-nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə əlaqələrimiz genişlənməkdədir. Ötən dövr ərzində ölkəmizin 15 qeyri-maddi mədəni irs elementi UNESCO-nun müvafiq siyahısında yer alır. Hazırda da bu istiqamətdə işlər davam etdirilir.
UNESCO-ya qeyri-maddi mədəni irs elementlərimizi təmsil edən hansı yeni nominasiyalar təqdim edilib?
- “UNESCO-ya yeni təqdim edilmiş 1 milli və 3 çoxmillətli nominasiya dosyemizin Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 2022-ci ildə keçiriləcək sessiyasında müzakirəyə çıxarılacağı təsdiqlənib. Beləliklə, komitənin 2022-ci ildə keçiriləcək sessiyasında daha 4 elementin - Türkiyə və Azərbaycanın birgə təqdim etdiyi “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial təmasın simvolu”; Əfqanıstan, Azərbaycan, İran Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə təqdim etdiyi “Baramaçılıq, ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı”; Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə təqdim etdiyi “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi” çoxmillətli nominasiya fayllarının və “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri” milli nominasiya (Azərbaycan) faylımızın UNESCO Siyahısına salınması məsələsi müzakirə olunacaq”.