Vətən üçün canından keçən qəhrəman övladlar unudulmur

 

 

Vətən üçün canından keçən qəhrəman övladlar unudulmur  
 

09.08.2021-ci il tarixi torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, kapitan Məmmədov Pərviz Ələddin oğlunun doğum günüdür. Məmmədov Pərviz Ələddin oğlu 09.08.1989-cu il tarixində Tovuz rayonu,Çeşməli kəndində anadan olmuşdur.Daha sonra ailəsi ilə birlikdə Qaradağ rayonu Lökbatan qəsəbəsinə köçmüşdür.44 günlük Vətən müharibəsində düşmənə qarşı aparılan ədalət mübarizəsində iştirak etmişdir və Fizuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə 30.09.2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur.Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən şəhidlər xiyabanında dəfn olunmuşdur.Müharibədə göstərdiyi rəşadətə,igidliyə görə Ali Baş Komandanın sərəncamına əsasən “Vətən uğrunda” medallı ilə təltif olunmuşdur.
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı,icra hakimiyyətinin vəzifəli şəxsləri, rayon ictimaiyyət nümayəndələri,din adamları şəhid kapitan Məmmədov Pərviz Ələddin oğlunun doğum günü ilə əlaqədar olaraq şəhidin məzarını ziyarət etmiş, məzarı üzərinə əklil qoymuşdur.
Daha sonra Qaradağ rayon İcra Hakimiyyətinin dəstəyi ilə düzəldilmiş şəhid bulağının açlışı olmuş,bulağın qarşısına əklil və gül dəstələri qoyulmuşdur.Bundan sonra İcra Hakimiyyətinin rəhbər şəxsləri,rayon ictimaiyyət nümayəndələri,din adamları şəhidin evini ziyarət etmişdir.
Şəhid ailəsi ilə söhbət edilmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğu bildirmişdir.Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır.Şəhidin doğum gününün televiziya vasitəsi ilə işıqlandırılması təmin edilmişdir.
Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir.

Şahnaz

0.024840116500854