Karona xofu

Karona xofu
 

Rusların belə bir misalı var: "ne tak straşen volk, kak o nem qovaryat", yəni canavar onun barədə danışıldığı qədər də qorxulu deyil. Son zamanlar dünyanın başının bəlasına çevrilən koronavirus pandemiyası haqqında da o qədər danışırlar ki, artıq heç kim bu barədə bir söz eşitmək belə istəmir. Bilirsiniz ki, dünya səhiyyə mafiyasını idarə edən bir qurum var- biz də həmin qurumun üzvüyük- adına da Dünya Səhiyyə Təşkilatı (UST) deyirlər. İndiyə qədər bu təşkilatın dünya dövlətlərinə hansı xeyrinin olması barədə nə isə bir söz eşitməmişəm. Amma pandemiya yaranan gündən (bəlkə də, onu elə özü yaradıb, bilmirəm, imanımı yandıra bilmərəm, bəlalı öz başına) dünya dövlətlərinə müxtəlif formalarda xox gəlməklə pul qazanmaqdadır. İndi də onun rəhbəri yeni bəyanatla çıxış edib ki, dünyada koronavirusa qarşı indiyə qədər aparılan bütün müdarizə tənəzzülə uğrayıb. Onun sözlərinə görə buna səbəb, sosial təmasların artması, səhiyyə və ictimai sahədə düzgün təşkil edilməyən tədbirlərin görülməsi, həmçinin peyvəndlərin qeyri-bərabar paylanmasıdır. Baş katib Tedros Adanom qeyd edib ki, hazırda sağışa çıxarılan peyvəndin 80 faizini yüksək və orta gəlirli dövlətlər əldə ediblər ki, bu da koronoavirusun daha geniş yayılmasına rəvac verə bilər. Yəqin ki, Tedros Adanom bütün dünya dövlətlərini virusudan qorunmaq üçün satılan peyvəndin ondan, yaxud onun göstərdiyi ünvandan alınmasını istəyir ki, bundan müəyyən miqdarda özü də qazansın.

Bu arada tanınmış rus alimi, özü də koronavirusa yoluxaraq sağalan akademik Vladimir Parxanov bəyan edib ki, bu virusla mübarizə ən azı 2025-ci ilə qədər davam edəcək. Akademik bunun əsas səbəbi kimi, virusun asanlıqla yayıla biməsini göstərib. Həmçinin qeyd edib ki, bu xəstəlik barədə dünyada heç bir alim, həkim dəqiq məlumata malik deyil.

Azərbaycanlı alim, professor Musa Qəniyev isə tam əmindir ki, virus yalnız yaxın təmasdan yoluxur. Buna görə də insanlar nəfəs-nəfəsə dayanmaqdan, qucaqlaşmaqdan, ələlxüsus da öpüşməkdən çəkinməlidirlər. Belə olarsa, virusdan qorunmuş olarsınız.

Ən əsası vaksin olunun, yaxın təmaslardan çəkinin və immunitetinizin gücləndirilməsinin qayğısına qalın ki, korona sizi yaxalamasın.

 

Yusif Seyid

0.024736166000366