Payızda daha güclü COVİD-19 dalğası gözlənilir
Təyyar Eyvazov: "Nəzərə almaq lazımdır ki, burada əngəlləyici faktor vaksinasiya prosesidir"
Paralel.az xəbər verir ki, koronavirus pandemiyasının bu ilin payız aylarında daha da genişlənəcəyi proqnozlaşdırılır. Düzdür, artıq bir aya yaxındır ki, yoluxma statistikası neqativ zolaqla irəliləməkdədir - yoluxanların sayı günbəgün artır. Gündəlik yoluxma sayı 1200 nəfəri keçib. Amma həm Ümumidünya Səhiyyə Təşkilatı (ÜST), həm də yerli ekspertlər bu ilin payızında bizi daha böyük yoluxma dalğası gözlədiyi barədə proqnozlar verməkdədir.
ÜST əsasən virusun yeni ştammlarının daha sürətli yoluxma xüsusiyyəti ilə izah etsə də, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov qarşıdan gələn payıx dalğasının səbəblərini fərqli mövqedən şərh edib:
"Soyuq aylarda insanların həyat tərzində dəyişiklik odur ki, insanlar daha çox qapalı yerlərdə olurlar və burada təmaslar sıx olur. Nəticədə yoluxma şansı daha çox artır. Buna görə də payız aylarında yoluxma hallarının artımını proqnozlaşdıra bilərik. Nəzərə almaq lazımdır ki, burada əngəlləyici faktor vaksinasiya prosesidir".
Akif Nəsirli