"Əks göstəriş sertifikat"ını poliklinikalar verəcək
İnsanların peyvəndlənib-peyvəndlənmədiyini aparat yoxlayacaq?
Paralel.az xəbər verir ki, son günlər koronavirus pandemiyası ilə əlaqədar olaraq yeni nüanslar üzə çıxıb. Məsələn, Ümumidünya Səhiyyə Təşkilatı (ÜSE) bəyanat verdi ki, artıq "Delta" ştammını "Alfa" əvəzləməkdədir. ÜST-in xarakteristikasına görə "Alfa" ştammı daha aqresiv yoluxma sürətinə malikdir. Lakin təşkilat hələ ki, yeni mutagenə qarşı hansı vaksinin səmərəli olduğunu açıqlamayıb.
Belədə isə bir neçə həftədir ki, peyvəndlərə əks göstərişi olan şəxslərin ciddi problemləri yaranmışdır. Onlardan peyvənd pasportu istəyirlər, həmin şəxs isə əks göstəriş barədə ən yaxşı halda arayış təqdim edə bilirdilər. 9 avqustdan bu problemdə çözüldü. Belə ki, TƏBİB-dən verilən məlumata görə, Azərbaycanda istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə "Əks göstəriş sertifikat"ının verilməsinə başlanılıb.
"Əks göstəriş sertifikat"ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə isə Azərbaycana insanların peyvənd edilib-edilməməsini yoxlamaq üçün aparat gətirilib ki, bu da saxta peyvənd pasportlarını üzə çıxarmaqda yardımçı olacaq. Təsdiqlənməmiş məlumatlara görə, artıq Heydər Əliyev adına Binə Hava Limanında bu aparatdan istifadə edilir. Müvafiq qurumlar xəbəri nə təsdiq, nə də təkzib edirlər.
Akif Nəsirli