“Kimdə kart var”, yaxud həll olunmayan həlli asan problem
 

“Kimdə kart var”, yaxud həll olunmayan həlli asan problem 
 
Paralel.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev deputat Fazil Mustafanın yüngül tənqidinə xarakternə əks çox sərt reaksiya verib. 
Şübhəsiz etiraf edilməlidir ki, son illər şəhər sərnişindaşıma sahəsində xeyli müsbət işlər görülüb. Ölkə əhaisinin və istifadədə olan avtomobillərin yarıdan çoxunun cəmləşdiyi paytaxtda sərnişindaşıma işini standartlara uyğun qurmaq sadəcə olaraq mümkün deyil. Buna baxmayaraq bu sahədə BNA qanunla üzərinə düşən işi yerinə yetirməyə çalışır. Ancaq axsamalar, həlli asan ancaq laqeydlikdənmi, səhlənkarlıqdanmı aylarla həllini gözləyən problemlər də yetərincədir. Şahidi olduğumuzdan danışaq. Bəli, sərnişindaşımada kart sisteminə keçid müəyyən mənada xidmətdən istifadə edənlərin rahatlığına zəmin yaradır.
Bizi maraqlandırmır nağdısız ödənişə keçdikdən sonra şirkətlər gəlir və xərclərini vergidən necə yayındırır, hansı dolayı yollarla mənimsəmələr edir. Bunu yoxlamaq aidiyyəti dövlət qurumlarının, ilk növbədə İqtisadiyyat Nazirliyinin borcudur. 
Hazırda paytaxdakı avtobusların minimum 85-90 faizi kart sistemi ilə işləyir. Təqdir edirik, amma bir haldakı sivilləşirik, gərəkdir ki, xidmət sahələrin də buna uyğun quraq. Qurmuşuqmu? Cavab birmənalıdır-Yox!
Məsələn Badamdar-Avtovazğal xətti ilə sərnişin daşıyan 29 saylı marşurt avtobusu artıq iki aydır kart sisteminə keçib. Və təəccüblüdür ki, avtobusun hərəkət etdiyi yoldakı dayanacaqların heç birində kata pul yükləmək üçün ödəmə terminalı yoxdur. “Qurd qapısı”dan 20 yanvar metrostansiyasına qədər olan yolun hər iki istiqaməti daxil, təxminən 28 dayanacağın 27-sində (“Azərbaycan” nəşriyyatının önündəki dayanacaqda var) ödəmə aparatı qoymaq heç kimin yadına düşmür. Halbuki bu elədə həlli çətin problem deyil, uzağı iki günə o dayanacaqları MilliÖn aparatları ilə təmin etmək olar. BNA-nın bu laqeydliyinin əziyyətini isə vətəndaşlar çəkir. Multfilm qəhramanı Hacıbala Abutalıbov demiş: Gəlin Bakımızı gözəlləşdirək!
 
Səma
0.021651983261108