Krant suyu, yoxsa, butulka suyu?
Paralel.az xəbər verir ki, Barselona Qlobal Sağlamlıq İnstitutunun elm adamları şüşə suyunun sağlamlığa və ətraf mühitə təsirlərini öyrəniblər. Həmin araşdırmaların nəticəsi “Science of The Total Environment” jurnalında dərc edilib.
Tədqiqatçılar Kataloniya Politexnik Universitetindən olan həmkarlarıyla birlikdə Barselona sakinlərinin içməli su istehlakının üç variantını araşdırıblar. Bu, filtrsiz krant suyu, məişətdə işlədilən mikrofiltrlərdən istifadə edilərək alınan su və butulkada olan su olub. Hər bir içməli su seçiminin insanlara təsiri iki ölçüdə - su istehlakının sağlamlığa təsiri və onun istehsalından ətraf mühitə dəyən zərər olaraq qiymətləndirilib. Barselona belə bir analizə etibarlı və müxtəlif məlumatlara sahib olduğu üçün, uyğun model kimi seçilib. Qeyd edilib ki, şəhərə dörd nasos və filtrasiya stansiyasından su verilir. Birinci Lobragat çayından suyu süzür, ikinci və üçüncüsü Ter çayı hövzəsinin su anbarlarından suyu təmizləyir, dördüncüsü isə dəniz suyunu duzsuzlaşdıraraq su alır. Məlumata görə, içməli suyun keyfiyyəti hər stansiya üçün fərqlidir. Tədqiqatçılar hər bir içməli su mənbəyinin sağlamlıq risklərini qiymətləndirmək üçün Barselonanın on rayonundan 4000 sakinin sağlamlıq araşdırmasının nəticələrini yoxlayıb. İçməli suyun trihalometanların tərkibi baxımından, suyun xlorlaşmasının yan məhsulu olaraq, sağlamlıq təhlükəsi öyrənilib. Tədqiqatçılar içməli suda bu səviyyənin yüksəlməsinin sidik kisəsi xərçəngi riskini artıra biləcəyini irəli sürüblər. Elm adamları bu əlaqənin açıq şəkildə olduğunu desələr də, bəzi qeyri-müəyyənliklərin hələ də qaldığını söyləyirlər. Məlumata görə, subyektiv faktorlardan biri krant suyunda kimyəvi maddələrin mövcudluğundan şübhələnməkdir. Qeyd edilib ki, butulkadakı su təbii mənbələrdən qaynaqlanırsa, xlorlanmaya məruz qalmır, buna görə içindəki THM tərkibi də krant suyundan daha aşağıdır. Bunu ispan alimlərinin araşdırması da təsdiqləyib. Bununla birlikdə, elm adamları qeyd edib ki, qablaşdırılmış suda araşdırılmamış mikroblar və digər kimyəvi maddələr ola bilər. Məsələn, plastik şüşələr və su qabları kostik soda (kalium hidroksid) və xlorid turşusu istifadə edilərək yuyulur.
Elm adamları insanların yalnız bir səbəbdən -kran suyunun keyfiyyətsiz olması haqqında geniş yayılmış fikirlərə görə butulka suyuna keçdiklərini qeyd edirlər. O da söylənib ki, içməli suyun keyfiyyətiylə bağlı risk çox subyektivdir və hər kəsin fərdi zövqündən, xarici məlumatlarından, sağlamlıq problemlərindən və dövlət təchizatçılarına etibarından asılıdır.
Elm adamları xüsusi proqram təminatından və bir metoddan istifadə edərək butulka suyunun saxlanma müddətini qiymətləndiriblər. Bu da ekosistemə vurulan ziyanı, həmçinin butulka suyu və kran istehsalıyla əlaqədar insan sağlamlığına dolayı təsiri qiymətləndirməyə imkan verib. Nəticələr göstərib ki, bütün Barselona əhalisi şüşədə olan suya keçməyə qərar verərsə, hər iki ildən bir sakinlər üçün şüşə istehsalında üç növ flora və fauna yox olacaq. Yəni şüşə istehsalı üçün xammal çıxarma xərcləri ildə 83,9 milyon dollar təşkil edəcək. Bu, Barselonanın kanalizasiya nasos stansiyalarının flora və faunaya təsirindən təxminən 1,400 dəfə, əhali üçün krant suyu istehsalından isə 3,500 dəfə çoxdur.
Məlumatda qeyd edilib ki, istehsalçılar ilk növbədə əhalinin butulkalı su istehlakında maraqlıdırlar. Araşdırma müəlliflərindən biri isə nəticə kimi, krant suyunun ətraf mühitə və sağlamlığa ümumi təsirinin şüşədəki sudan daha yaxşı olduğunu bildirib. Belə ki, Ketrin Tonn ev filtrlərinin krant suyunun THM tərkibini əhəmiyyətli dərəcədə azaltdığını vurğulayıb. O da deyilib ki, filtrlərin vəziyyətinə diqqət yetirilsə, süzülmüş krant suyu şüşədəki suya yaxşı bir alternativdir.
Nigar