Sertifikasiya prosesinə aid vəsait nəşr olunmalıdır

 

 

Sertifikasiya prosesinə aid vəsait nəşr olunmalıdır  
 

Müəllimlərin payız aylarında baş tutacağı gözlənilən sertifikasiya prosesindən narahatlığı davam edir. Bizə müraciət edən müəllimlər vaxta az qalsa da, kurikuluma, pedaqogikaya və müsahibə suallarına aid kitabların, vəsaitlərin nəşr olunmamasından narahatdırlar. Çünki diaqnostik qiymətləndirmədən keçən müəllimlər ötən neçə il ərzində öz sahələrinə dair yenidən məlumatlar əldə etməlidirlər. Lakin müvafiq, belə demək mümkünsə, konkret vəsait vasitələri olmadığı üçün bu məsələ problem yaradır. Ona görə ki, sözügedən istiqamətdə bir neçə müəllifin vəsait kitabı olsa da, müəllimlər onun hansından istifadə edəcəklərini müəyyənləşdirə bilmirlər. Bir sözlə, müəllimlər hesab edir ki, imtahana düşəcək sualların ətrafında məlumatların yer aldığı vəsait dərc olunmalıdır. Bu təcrübə isə hələlik yoxdur.

Paralel.az xəbər verir ki, müəllimlər deyir ki, sertifikasiya imtahanına düşən suallar sayca çox olan vəsaitlərdən ümumiləşdirilərək konkret bir vəsait halında dərc olunsa, müəllimlər dərs hazırlığını yerinə yetirə, həm də imtahana hazırlaşa bilərlər. Bu da müəllimlərin tədris prosesi zamanı vaxta qənaət etməsinə və həmin vəsaitdən əldə etdiyi bilik-məlumatları tədris prosesinə tətbiq etməyə imkan verər.

Nigar

0.022157907485962