Müəllimlər həmkarlara ödədikləri puldan niyə yararlana bilmirlər?!

 

 

Müəllimlər həmkarlara ödədikləri puldan niyə yararlana bilmirlər?!  
 

Yay fəsli deyərkən, ilk ağlagələnlərdən biri də onun istirahət mövsümünü xarakterizə etməsi olur. İstənilən sahəni təmsil edənlərin yay istirahəti hüququ olması qəbuledilən olsa da, pedaqoji sahədə çalışanlar bu aylardan maksimum şəkildə istifadə etməyi daha vacib hesab edir. Çünki tədris ilinə daha məhsuldar başlamaq üçün bol enerji lazımdır ki, onu da yalnız yay tətilində etmək mümkün olur.

Bu məqamda, müəllimlərin aylıq əməkhaqqısından illərdir tutulan məbləğin boş-boşuna getməsindən şikayətlər var. Bizə müraciət edən bir neçə pedaqoq, müəllimlərin əməkhaqqısından hər ay həmkarlar təşkilatına vergi tutulsa da, ondan yararlanmağın mümkün olmadığını deyirlər: “41 il pedaqoji stajım olsa da, hələ bir dəfə də olsun, yay məzuniyyəti zamanı həmkarlar təşkilatının hesabına putyovka əldə edə bilməmişəm. Bu hüququmdan istifadə etmək üçün müraciət etsəm də, süründürməçilik olub və yorularaq fikrimdən daşınmışam. Lazım olanda öz maddi vəsaitim hesabına istirahətə yollanmışam. Lakin hələ də aylıq maaşımdan icbari şəkildə həmkarlar təşkilatının hesabına vergi tutulur. Müəllimlər pensiyaya çıxana qədər həmkarların bu xidmətindən yararlana bilmirlər. O zaman, illərdir həmkarlara ödədiyimiz pullar hara gedib?!”.

39 illik pedaqoji təcrübəsi olan başqa bir müəllim isə deyir ki, hələ sovet vaxtından, konkret 1967-ci ildən həmkar təşkilatının üzvü olsa da, pensiyaya çıxana qədər bu xidmətdən yararlana bilməyib. Halbuki, həmkarlar təşkilatına hər aylıq maaşından müəyyən faiz köçürülüb, lakin o da başqaları kimi, sözügedən problemdən əziyyət çəkib. Belə demək mümkünsə, maaşından köçürdüyündən ona heç bir fayda gəlməyib.

Nigar

0.016119003295898