Şamaxının İcra Başçısı Tahir Məmmədov “Milyonçu sovxoz”u “dilənci qəsəbəyə” çevrilib
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə,
Birinci vitse-prezident Mehriban Əliyevaya,
Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş üzrə köməkçisi Fuad Ələsgərova,
Baş Prokuror Kamran Əliyevə,
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə,
Azərbaycan Respublikasının Ədliyyə Naziri Fikrət Məmmədova,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin Rəisi Rəhman Məmmədova
ŞİKAYƏT ƏRİZƏSİ
Biz Şamaxı rayonu Şəhriyar qəsəbəsini bir qrup sakini sizə üz tutaraq bildiririk ki, Ulu Öndər Azərbaycan SSRi-nin rəhbəri olanda rayonumuza və dəfələrlə sizində iştirakınızla bizim qəsəbəmizdə olmusunuz. O vaxtı qəsəbəmiz Lenin adına 6 №-li sovxoz adlanırdı. Üzümçülük üzrə ixtisaslaşmış sovxozumuz “Milyonçu sovxoz” adı ilə dəfələrlə fərqlənmiş rayonumuzun ən çox məhsul verən qabaqcıl sovxozu olmuşdur.
Dünya şöhrətli “Mədrəsə”, “Şirvanşahı”, “Şamaxı mərəndisi”, “Qara mərəndi”, “Qızılı mərəndi” sortları bu torpaqda yaranmışdır. Sovxozun qabaqcıl üçümçülərindən 4 nəfərinə Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, 18 nəfəri isə Lenin ordeni ilə təltif olunmuşlar.
Yerli üzüm sortlarından hazırlanan “Kaqor”, “Şamaxı” şərabları 2 dəfə Ümumdünya və Ümumittifaq sərgilərinin qızıl, 3 dəfə gümüş medalına layiq görülmüzdür. “Mədrəsə”, “Mədrəsəli”, “Qarayeri”, “Qırmız Azərbaycan”, “Dəllər” şərabları sovxoz şərabçılarının məhsulu idi.
Məlum məsələlərdən sonra üzümlüklər ləgv olundu, torpaq əhaliyə paylandı. Lakin, qəsəbəmiz Bələdiyyə sistemi qurulduqdan sonra da rayonumuzda ilk yerdə mövqeyini qorumağı bacardı. Belə ki, qəsəbəmizə gedən asfalt yol yeniləndi, yeni içməli su xəttləri çəkildi, işıq və kommunikasiya sistemləri yeniləndi. Narazılığmız yox idi...
Lakin, son bələdiyyə seçkilərində Şamaxının İcra Başçısı Tahir Məmmədovun birbaşa tapşırığı ilə qəsəbəmizə yeni bələdiyyə sədri seçdırıldi. Olsun, oldu da... Hamını düşündürən Tahir Məmmədovun nə üçün Şəhriyar qəsəbəsinə qabaqcıl, işini bilən adamın yerinə əlində faktiki olaraq 9B –dəlilik kağızı olan (xəstəliklər cədvəlinin 22-C maddəsinə görə komissovat olunub) Sabir Mikayılovu seçdirməsi idi. Düzü Tahir Məmmədovun bu “kadr siyasəti” anlaşılmaz oldu. Çox keçmədən məsələ aydınlaşmağa başladı. Məlum oldu ki, seçki öncəsi bələdiyyə büdcəsində 30min manat vergi yığılıb və bu vəsait qəsəbə daxili yolların abadlaşdırılması üçün nəzrədə tutulubmuş. Lakin, əlində dəlilik kağızı olmasına baxmayaraq “nəmər” hesabına Tahir Məmmədovun siyahısına düşməklə həmin pulu öz atasının malı kimi xərcləyə bilər. Bildiyimiz kimi xəstəliklər cədvəlinin 22-C maddəsinə görə xəstə bilinən adama nəinki vəzifə tutmaq, hec nə hərbi xidmətə aparılmır, nə maşın sürməyə icazə verilmir, hətta cinayət törətsə belə məsuliyyət daşıya bilməz. “Təyin olduğu” gündən Sabir Mikayılov bələdiyyəyə məxsus 56-AA-044 nömrəli maşını heç bir sənədi olmadan idarə edir, heç iş yerində də tapılmır dərdini deyəsən, dövlət vergisini ödəyəsən. Sabir Mikayılovun mühasibi cəmi 2 ay işlədikdən sonra öz ərizəsi ilə işdən azad oldu, çünki bilirdi ki, bu cinayətlərə görə məsuliyyət daşımalı olacaq. Sabir Mikayılov çox keçmədən 84 yaşlı orta təhsilli xəstə adamı mühasib kimi işə götürərək büdcə vəsaitinin talan edilməsinə davam etdi.
Şamaxının İcra Başçısı Tahir Məmmədovun birbaşa tapşırığı ilə Sabir Mikayılov Sizin Cənab Prezident tikdirdiyiniz Modul Tipli xəstəxananın inşa edilməsi üçün bələdiyyəmizin büdcəsindən 9000 manat pula çox uğursuz, kommunikasiya baxımındanda əlverişsiz yerdə torpaq sahəsi aldırtdı. Bu gün dünyada görünməmiş teplə iqtisadiyyatı inkişaf edən respublikamıza bəyəm dövlət vəsaiti hesabına tikiləcək xəstəxana üçün Şəhriyar qəsəbəsinin sakinlərindən toplanan pul ilə yer alınmalı idi? Artıq büdcədə illərlə toplanmış vəsaitdən əsər əlamət qalmayıb. Bu gün əhali vergisinin yarısını Sabirə verməklə olan borclarını heç bir qəbz almadan sildirir. Sabir isə illərdir yarımçıq qalmış evini dəbdəbəli şəkildə inşa etdirir, həmişə etdiyi kimi içkiyə qurşanaraq “kefli həyat sürür”.
Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının qanununun bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin məsuliyyəti, onların fəaliyyətinə nəzarət adlanan VII fəslinin Bələdiyyələrin hesabatı adlanan 52-2 Maddəsinin 3-cü bəndində göstərilir ki, Həmin maddənin 1-ci hissəsində nəzərdə tutulan hesabatdan başqa, bələdiyyə hər ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Hesabat yazılı formada tərtib edilir və bələdiyyənin iclaslarında təsdiq edilir. Yerli əhalini tanış etmək məqsədi ilə hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır. Lakin, “təyin” olunduğu gündən Sabir Mikayılov nə Şəhriyar qəsəbəsinin bələdiyyə üzvləri ilə nə bir iclas keçirmiş (heç onlayn qaydada da olmayıb), nə də əhaliyə, seçicilərinə fəaliyyəti haqqında heç bir hesabat verməyib. Tələb edəndə də, deyir Şamaxının İcra Başçısı Tahir Məmmədovun özünə vermişəm. Görəsən heç olmasa Bələdiyyələrlə İş Mərkəzinə hər hansı bizə məlum olmayan hesabat verilir? Çünki hesabda olan pulumuz da deyilənə görə artıq israf olunub.
Rayonumuzda hər zaman ilk yerlərdə duran qəsəbəmizdə hal-hazırda iki uşaq bağçası, tam orta məktəb, ADPU-nun Şamaxı filialı, FHN-in Mülkü-Müdafiə Qoşunlarının Şamaxı taboru var.
Bir vaxtlar “Milyonçu sovxoz” adı ilə dəfələrlə fərqlənmiş qəsəbəmiz bu gün Şamaxının İcra Başçısı Tahir Məmmədovun “təyin etdiyi” dəlilik kağızı olan, sərxoş, əyyaş həyat tərzi sürən Sabir Mikayılovun sayəsində “dilənci qəsəbəyə” çevrilib.
Tahir Məmmədov qəsəbəmizə əvvəlki İcra Başçısı Asif Ağayevin vaxtında işində yol verdiyi ciddi nöqsanlara görə (korrupsiya halları) tutduğu vəzifədən uzaqlaşdırılan İxtiyar Xəlilovu Şəhriyar qəsəbəsi üzrə nümayəndə təyin etməklə qəsəbəmizi çıxılmaz vəziyyətə qoydu. Qabqacıl qəsəbəmiz şəxsi mənafeini güdən bu iki işbazın əlində gəlir mənbəyinə çevrilib.
Vaxtilə qəsəbəmizin respublikada tanınmış Bələdiyyə sədri, icra nümayəndəsi var idi. Tahir Məmmədovun uğursuz kadr siyasəti nəticəsində 35 il dövlət qulluğunda çalışmış Ağaqədir Osmanovun əvəzinə işindəki nöqsanlarına görə tutduğu vəzifədən uzaqlaşdırılan İxtiyar Xəlilovu, nümunəvi fəaliyyəti ilə rayonumuzda seçilən Musa Musayevin əvəzinə dəlilik kağızı olan, sərxoş həyat tərzi sürən Sabir Mikayılov təyin olunub və bu gündə Şamaxının İcra Başçısı tərəfindən himayə edilir.
Cənab prezident dəfələrlə biz Tahir müəllimin qəbuluna girmək istəsək də, bizə bildirirlər ki, başçı işdə yoxdur, qəbul etmir. Bəs biz qəsəbənin dərdini, başımıza gələnləri kimə deyək?
Bu günlərdə guya Şamaxının mərkəzi küçəsinə asfalt örtüyü yeniləndi. Lakin, 2-3 keçmişdi ki, bütün yoldakı lyukların kənarı qazdırıldı, dedik yəqin düzələr. Lakin, bir ay keçməsinə baxmayaraq hələdə mərkəzi küçü ilə yol getmək üçün maşınlar sanki avto rallidə maneələri aşaraq yol gedir. Məhz elə bu səbəbdən hər gün, bu günlərdə isə 4 avtomobilin toqquşması ilə dəhşətli qəza oldu.
Cənab prezident Sizdən xahiş edirik, bizim səsimizi eşidib bu faktları araşdırın. Sizə ünvanladığımız məktublar Şamaxıdan getməsi “xüsusi tapşırığa” əsasən əngəllənir, yazılan bəzi məktublar isə İcra Başçısı Tahir Məmmədovun üstünə göndərilir, o da məktubları bağlatdırır.
Bu gün Şamaxıda olan reallıqları yazanları Tahir Məmmədov ya tutdurur, ya da sosial kartlardan verərək “susdurur”. Cənab Prezident sizin humanist tapşırığınız ilə dövlət qayğısı ilə əhatə olunan işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb olunaraq aylıq qazanc əldə edə bilmələri üçün nəzərdə tutulan əmək haqları kartları Tahir müəllim həqiqətləri ictimailəşdirən adamlara rüşvət olaraq öz mülkiyyəti kimi paylayıb ki, faktları yazmasınlar.
Şamaxının İcra Başçısı Tahir Məmmədovun yaratdığı xaosdan qürürlanaraq polis sistemində görünməmiş özbaşnalıq baş alıb gedir. Polis rəisi bütün iş adamlarını, kiçik və orta sahibkarları, mağaza sahiblərini, həkimləri, stomatoloqları, həyətinin məhsulunu küçələrə düşərək satmağa çalışan adamları və s. “vergi” yığdırır haqq tələb edir.
Bu günlərdə rayonumuzda polisin özbaşnalıqlarından Tahir Məmmədova şikayətimizi çatdırdıq. Onun cavabı isə yeni rəis polis idarəsini təmir etdirib, xərci cox cıxdı, bilirəm, ona görə icazə vermişəm deməsi bizi lap pərişan etdi.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun başı birinci müavini Hikmət Şikarovu yuxarı rəhbərlik yanında pis qələmə verməyə qarışıb, çünki özünün dediyi kimi birinci müavin gələndə Tahir müəllimə deməyib.
Cənab Prezident yazıb sizdən xahiş edirik bizi və Şamaxımızı Tahir Məmmədov və onun uğursuz kadrlarından qurtarın. Ulu Öndər Heydər Əliyevin yadigarı olan (“Milyonçu sovxoz”) qəsəbəmizə keçmiş qürurlu yerini, qabaqcıl adını qaytarmağa kömək edin.
Sizə olan sonsuz ümidlərlə bir qrup Şəhriyar qəsəbə sakinləri.