Onu bağışlamaq olmaz(mı)?

Onu bağışlamaq olmaz(mı)?
 
Əvvəldən məlum idi ki, sabiq baş prokuror və sabiq səfir Eldar Həsənovun qəfil həbsi heç də ona rəsmən elan edilmiş “səlahiyyətdən sui-istifadə etməklə dövlət vəsaitini mənimsə və digər maliyyə cinayətləri ilə bağlı deyil, ortada bizim bilmədiyimiz gizli nüanslar var. Çünkü reallıq belədir ki, Azərbaycanda heç vaxt heç kimi pul mənimsədiyinə görə tutmurlar, baxmayaraq ki, sonucda şəxs formal olaraq korrupsiya ittihamı ilə cəzalandırılır. 
Paralel.az xəbər verir ki, E. Həsənovun vəkilinin həyacan təbili çalmasından sonrada ona mərhəmət göstərilməməsi bu versiyanın doğruluğuna şübhə yeri qoymur. Təsəvvür edin ki, adam artıq əlil arabasına möhtacdlr, yeriyəndə yıxılır ancaq onu nəinki ev dustaqlığına buraxmırlar, hətta nəzarət altında ixtisaslaşmış xəstəxanaya yerləşdirməyə icazə vermirlər. Əcaba hakimiyyətin ən sadiqlərindən biri olmuş, suyu belə üfürə-üfürə içən sabiq baş prokuror necə ciddi bir siyasi səhvə yol verib ki, ölümün bir addımlığındaykən belə, ufacıq bir mərhəmətə layiq bilinmir?. Müxtəlif versiyalar səsləndirmək olar amma fikrimizcə daha inandırıcısı burda Rusiya kəşfiyyat orqanlarının Bakıdakı Həsənovla düşmənçilik edən bəlli çete ilə ortaq projesinin uğurlu sonluğu ola bilər. Montaj edilmiş, yaxud texnologiyanın köməyi ilə yüksək dəqiqliklə korrektə edilərək mətni dəyişdirilmiş məlum səs yazısı. 
Yadıma “Nəsimi” filmindəki Sədr-əzəm düşdü. 
 
Səma
0.016752958297729