Xankəndidə su problemi yaşanır

 

 

Xankəndidə su problemi yaşanır  
 

Paralel.az xəbər verir ki, erməni mətbuatı Xankəndidə su problemiylə bağlı məlumat yayıb. Mətbuatın yazdığına görə, azərbaycanlıların şəhərdə yaranan təchizat problemindəki iştirakı barədə sosial şəbəkələrdə qeyri-rəsmi mesajlar peyda olub. Şəhərin bələdiyyə sədrinin müavini Radi Abramyan şəhərdə və sosial şəbəkələrdə yayılan şayiələri “Sputnik Ermənistan”a şərh edərkən Xankəndidəki su problemlərinin Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyətiylə əlaqəli olmadığını bildirib. Xəbərdə belə deyilib: “Sosial şəbəkələrdə Dağlıq Qarabağın paytaxtında su çatışmazlığının Azərbaycan Silahlı Qüvvələri tərəfindən su blokadası ilə əlaqəli olduğu barədə məlumatlar yayılıb. Bunun onların Stepanakert yaxınlığındakı Qaybalişen kəndi yaxınlığındakı bəndə nəzarət

etmələri ilə əlaqədar olduğu deyilir. Bu məlumat həqiqətə uyğun gəlmir. Su çatışmazlığı istidən qaynaqlanır. Bəndin özü neytral ərazidə yerləşir və Azərbaycan da bizim qədər ora nəzarət edir. Orada iş görülə biləcəyi təqdirdə problem yarana bilər, ancaq bunlar sülhməramlıların vasitəçiliyi ilə həyata keçirilir. Ona görə də bu sual hazırda əhəmiyyət daşımır”.

Abramyan daha sonra söyləyib ki, Dağlıq Qarabağın digər bölgələrindən evlərini itirən insanların əhəmiyyətli bir hissəsinin Stepanakertdə (Xankəndi.red.) cəmlənməsi vəziyyəti daha da ağırlaşdırıb. Ona görə də şəhərdə su istehlakı əhəmiyyətli dərəcədə artıb. Onun təbirincə, hazırkı dövrdəki problem əvvəlki illərdə də mövcud olub.

Niga

0.017119884490967