İkinci qrup Qarabağ əlili Prezidentə müraciət etdi

İkinci qrup Qarabağ əlili Prezidentə müraciət etdi
 
Ehtiyyatda olan mayor Novruzov Rövşən Rafail oğlunun redaksiyamıza göndərdiyi prezidentə müraciət məktubunu olduğu kimi təqdim edirik.
 
Ali Baş Komandan 
Cənab İlham Əliyevə
 
Birinci Vitse Prezident, Heydər Əliyev Fondunun Prezidenti.
Mehriban xanım Əliyevaya 
 
Sürəti:
 
Azərbaycan Respublikası mətbuat orqanlarına.
 
Laçın rayonundan olan, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi E. Qasımov küçəsi ev 15, mənzil 48 ünvanında müvəqqəti yaşayan 2-ci qrup hərbi əlil, ehtiyyatda olan mayor Novruzov Rövşən Rafail oğlu tərəfindən
 
ƏRİZƏ
   
Hörmətli Cənab Prezident!
 
Mən 27.07.1996-cı ildən 21.08.2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşam. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə çalışmışam.
 
2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubleyi, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalları ilə təltif olunmuşam.
 
Qeyd etmək istəyirəm ki, xidmətimin çox hissəsini Xüsusi Təyinatlı Kəşfiyyat hərbi hissələrdə, axırncı 7 ilini düşmənlə təmas şəraitində olan Qazax rayon Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişəm.  
 
Hazırda ehtiyyatda olan zabitəm, Prezident təqaüdçüsü,  2-ci qrup hərbi əliləm.
 
   Nəzərinizə çatdırmaq istəyirəm ki, məni hörmətli Mehriban xanım Əliyeva müalicə edir, həyat verir, yaşamağıma təkan verir, vətən yolunda əziyyətimi, cənab Prezident İlham Əliyevə sadiq olmağımı dəyərləndirir. Biz zabitlər Ali Baş Komandanla fəxr edirik.
 
Ali Baş Komandana sadiq bir zabit kimi xahiş edirəm aşağıda qeyd etdiyim anamız, bacımız, olan Mehriban xanıma çatdırasınız.
 
Mən müharibə əliliyəm , mənə qarşı ƏƏSMN tabeçiliyində olan TSEK tərəfindən çox ziddiyətli mövqe tutulur, bir sözlə Mehriban xanım mənə həyat bəxş edir, TSEK isə Mehriban xanımın mənə bəxş etdiyi həyatı əlimdən almağa çalışır.
 
Belə ki, mən müharibə əlilli olmaqla xəstəliyimin səbəb əlaqəsi dəyişmək üçün Nazirliyə və TSEK rəhbərliyinə müraciət etdim.  Hansı ki, qanunla səbəb əlaqəsi komisiyasız və sistemə vurulmadan, vətəndaş tərəfindən göndərilən Tibbi sənətlər əsasında dəyişilməlidir. Buna baxmayaraq məni ƏƏSM Nazirliyi əyani müayinəyə göndərdi, 25.06.2021-ci ildə əyani müayinədən keçdim, bu zaman mənə bildirildi ki, sənə 2 aylıq əlilik təyin olunacaq, mən bununla razılaşmadım və Nazirliyə gəldim. Məni Sabir müəllim və Gülnarə xanım qəbul etdi.
 
Problemlərimi dedim, mənə bildirdilər ki, get qeydiyyatda olduğun tibb müəssisəsindən forma 88 sistemə vurulsun ona əsasən sənə 5 illik əlilik təyin olunacaq. Hansı ki mənim xəstəliklərimə əsasən 2-ci dərəcəli müddətsiz əlillik təyin edilməlidir. 
 
Mən qeydiyyatda olduğum tibb müəssisəsinə müraciət etdim.  Forma 88 elektron sistemə vuruldu 2 dəfə imtina etdilər, 3-cü dəfə 30.07.2021 ildə forma 88-i qəbul edib mənə 09.07.2021-ci ildə 5 illik əlilik təyin edildi. Bu barədə TSEK-in sədri Mətanət xanımın 10-a yaxın mənim müraciətimə cavab məktubu vardır ki, həqiqətən 5 illik əlilik təyin olunmasını məktubla mənə yazıb.
 
05.08.2021-ci ildə sistemə baxarkən gördüm ki, TSEK mənim əliliyimi qanunsuz ləğv edərək 2 aylıq edib və forma 88 olan xəstəliklər və diaqnoz nəzərə alınmayıb, ancaq 30.07.2021 ildə vurulan forma 88 nömrəsi qanunsuz ləğv olan və 2 aylıq olan əlilik sənətinin üstə yazılıb.
 
Bu bir biabırçılıqdır. Necə ola bilər ki, mən 25.06.2021-ci ildə əyani komissiya oldum, əlilik səbəbi dəyişdi, 30.06.2021-ci ildə forma 88 sistemə vuruldu, mövcud qanunvericiliyə görə əlillik qiymətləndirmə 5 illik və müddətsiz olmalıdır, lakin TSEK mənə 30.06.2021-ci ildə vurulan Forma 88-ə əsasən 09.07.2021-ci ildə 5 illik, yəni 09.07.2026-cı ilədək əlilik təyin edildi.
 
Sistemi iqruşka edən, camaatı və məni boğaza yığan TSEK 05.08.2021-ci ildə sistemə baxarkən gördüm əvvəl verilən qərar sistemdən silinib. Belə maxinasiya olar? Kimin ürəyi nə istəyir onu da edir...
 
Hörmətli redaksiya Xahiş edirəm haqq səsimi Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya çatdırın. Tək güman yerim onlardır, mənə yeni həyat bəxş edən onlardır.
 
Ali Baş Komandanın xalqın xeyrinə etdiyi bütün işlərə, o çümlədən, şəffaflığa ləkə salaraq əlillik alt sistemdə hər an maxinasiya ilə məşğul olanları görüb TSEK-ə inamım itib.

 

0.018661975860596