Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazova təşəkkür məktubu

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazova təşəkkür məktubu
 
Daxili İşlər naziri general-polkovnik, cənab Vilayət Eyvazova təşəkkür

M Ə K T U B U
 
Hörmətli cənab nazir!
Müraciətimə diqqətlə və operativ reaksiya verdiyinizə görə, Sizə dərin təşəkkürümü bildirir, çətin, məsuliyyətli və şərəfli işdə rəhbərlik etdiyiniz nazirliyin hər bir əməkdaşına uğurlar diləyirəm!
Hörmətli cənab nazir!
Məlumat üçün bildirim ki, Sizə sosial şəbəkə vasitəsilə etdiyim müraciətdə Bakı - Şirvan- Sabirabad -Bəhrəmtəpə - Beyləqan magistralında İ-parol və radarların çoxluğu barədə şikayətim BDYPİ-nin rəhbərliyinin dəvətilə birgə iştirakımızla araşdırıldı.
Araşdırma zamanı müraciətimdə qaldırdığım məsələ ilə əlaqədar mənə ətraflı hüquqi izahat verildi -yol polislərinin gördüyü tədbirlər nəticəsində, xüsusən radarların quraşdırılmasından sonra ölümlə nəticələnən avtomobil qəzalarının sayının azalması, sürücülərin təhlükəsizliyinin təmin edilməsi barədə informasiya ilə tanış oldum. Səmərəli təkliflərin nəzərə alınacağına səmimi şəkildə əminlik yaradıldı.
 
Hörmətli Vilayət müəllim!
Bir daha Sizə və rəhbərliyinizlə çalışan DYP İdarəsinin rəhbərliyinə təşəkkür edirəm!
 
Hörmətlə, Tapdıq Abbas
 
 
P.S. Məlumat üçün qeyd edək ki, avqustun 4-də "Paralel" qəzetinin baş redaktoru T.Abbas Bakı-Beyləqan magistralının Sabirabad hissəsində YPX işçilərinin İ-patrol qurğusu vasitəsilə əyalətdə yaşayan və çalışan insanlar üçün dözülməz vəziyyət yaratdıqları barədə Daxili İşlər naziri general-polkovnik, Vilayət Eyvazova müraciət ünvanlamışdı. 
 
Şahnaz
0.018020868301392