Deputat intiharın astanasında 

Deputat intiharın astanasında 
 
“Mən ölmək istəyirəm, leyk qaçır məndən əcəl,
Gör nə bədbəxtəm ki, əcəldən də naz çəkəm”. 
 
Yaddaşım məni aldatmırsa bu dahi M. Ə. Sabirin şeiridir, yataqda can üstə olarkən yazıb. Təhrif varsa, üzrlü sayın, 45 il əvvəl oxuduğumdur. 
Yazıya belə bədbin başlamağımın səbəbi deputat Tahir Kərimlinin bugünkü açıqlamasıdır. Sabiq həmkarı Eldəniz Səlimovu müdafiə etməklə həm həmkarları, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən küncə sıxışdırılan, xarakter etibarı ilə emosianal Tahir bəy hiss olunur ki, bu basqıları çox ağrılı qarşılayır. Deputat həmkarının bir göz qırpımında parlamentdən həbsxanaya getməsindən əndişələnən və partiyasına ayrılan illik vəsaitin 19 min manat azalmasından kövrələn Kərimli belə nəticəyə gəlib ki, hamının yiyəsi var, bircə deputatlardan başqa. O səbəbdən də o, indi yalnız özünə ölüm arzuladığını bildirib. Mövcud durumunu poetik dillə izhar edən Tahir bəyin sözlərindən o da anlaşılır ki, adama əqidəsini dəyişmək elə də asan olmayıb. Qəsidə janırında qələmə aldığı şeirində “badbaxt”  deputat görün nə deyir:
 
Qəlbimdə bir qəsr tikdim,
Əqidəmə əsir edib,
sonra onu yenmək üçün.
Qəlbimdə bir qəbr qazdım,
sonra onu gömmək üçün!
 
Deyəsən bu sərbəst vəzndə yazılmış şeirdir.
Yaxşı ki, Tahir bəy emosiyalarını  cilovlamağın çəmini tapıb. Yoxsa, Allah göstərməsin 1993-cü ilin iyulundakın təkrarlaya bilərdi ki, bu da ona arzuladığı ölümü gətirərdi.
     
Səma
0.021551847457886