Azərbaycanda "payı"nı kim "suvarır"?

Azərbaycanda
 

Əhməd Qəşəmoğlu: "Bu bizim düşmənlərimizin millətimiz üzərində qurduğu məhvetmə planıdır"

Hər gün internet səhifələrində və sosial şəbəkələrdə "patı' satanların yaxalanması ilə bağlı sıralı xəbərlərə rast gəlirik: Lənkəranda "patı" satan bir qadın və daha 5 nəfər kişi saxlanılıb; Lənkəranda "patı" satan 9 nəfər saxlanılıb; Bakıda 23 nəfər "payı" satan yaxalanmışdır və s. Əcabə, 5-6 ay əvvəl belə mənzərənin yaranacağını heç kim təsəvvürünə belə gətirmirdi, birdən-birə Azərbaycanda "payı" nədən "çiçəklənmə" başladı, bunu "suvara" kimlərdir?
Bu sualla sosioloq-profəssor Əhməd Qəşəmoğluna müraciət etdik. Professor bizimlə söhbətində bildirdi ki, diqqət edirsinizsə narkoticarətin çiçəklənməsi 44 günlük Vətən Müharibəsindən sonrakı dövrə təsadüf edir: "Bu bizim düşmənlərimizin millətimiz üzərində qurduğu məhvetmə planıdır. Özü də mən düşmən dedikdə yalnız erməniləri nəzərdə tutmuram, bizim düşmənlərimiz çoxdur, bunu siz də, mən də çox gözəl bilirik. Vətən Müharibəsində Azərbaycan əsgərinin döyüş əzmini görən düşmənlər şoka düşdü, qorxdu və Azərbaycan gənclərinin məhv edilməsi üçün bu yolu seçdi. Burada bizim sözügedən sahəyə nəzarət edən dövlət qurumlarının da günahı var. Çünki bəziləri buna göz yumub, bəziləri hətta, düşmən qüvvələrlə əməkdaşlıq edib, yoxsa məsələ bu qədər şisə bilməzdii.
Narkotikin bu növü xalqın genefondunu məhv etməyə hesablanıb. Biz bunu həm dövlət, həm millət, həm də cəmiyyət olaraq başa düşməli və buna qarşı mübarizə metodları hazırlamalıyıq. Hazırda cəmiyyət çox mürəkkəb struktura malik olduğundan kiminsə təklifi üzərində mübarizə modeli qura bilmərik, qursaq da səmərəsiz olacaq. Bunun üçün birinci növbədə din faktorundan istifadə edilməlidir ki, "payı" İslama görə haramdır, çünki həm bədənə ziyan vurur, həm də adamın ağlını başından çıxarır. Din xadimlərinin bu istiqamətdə ciddi təbliğat aparmalıdır.
İkincisi, bu problemə qarşı mübarizə texnologiyası hazırlamaq üçün elmi mərkəzlər yaranmalıdır. Həmin mərkəzlər həm xarici təcrübəni öyrənməli, həm də yerli xüsusiyyətləri nəzərə almaqla mübarizə texnologiyaları hazırlamalı və həyata keçirməlidir. Bu böyük bir bəladır, buna barmaqarası baxmaq olmaz".

Akif Nəsirli

0.01662802696228