Ermənistan öz təxribatçı mövqeyini dəyişmir
Paralel.az xəbər verir ki, erməni mətbuatı Azərbaycan Silahlı Qüvvələrinin bu gün “Qara göl” sahəsindəki erməni mövqelərini atəşə tutduğunu tirajlayıb. Ermənistan Müdafiə Nazirliyi şənbə günü bu barədə məlumat yayıb. Məlumatda qeyd edilib ki, avqustun 7-də saat 11:40-dan 12:00-dək Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Sünik bölgəsindəki sərhəddə, xüsusən də “Qara Göl” bölgəsindəki Ermənistan mövqelərinə müxtəlif növ odlu silahlardan atəş açıb. Erməni tərəfi öz mənfur, həyasız xislətinə uyğun şəkildə, bunu Azərbaycan tərəfinin növbəti təxribatı adlandırıb. Ermənistan tərəfdən itki olmadığı deyilən məlumatda daha sonra qeyd edilib ki, avqustun 6-da saat 12:10 radələrində Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif kalibrli atıcı silahlardan erməni mövqelərini atəşə tutması nəticəsində mövqelər arasındakı ot yanıb. Erməni tərəfi də bu atəşi söndürmək üçün hərəkətə keçib. Erməni mətbuatı yazır ki, mayın 12-də Ermənistanla Azərbaycan arasındakı sərhəddə vəziyyət gərginləşib. Qeyd edilib ki, Azərbaycan hərbçiləri Ermənistanın Sünik bölgəsindəki “Qara Göl” bölgəsindədir və burada erməni əraziləri hesabına möhkəmlənməyə çalışırlar: “Oxşar vəziyyət Vardenis yaxınlığındakı Geqarkunik bölgəsində də yaranıb. Digər bir gərginlik ocağı Yerasx kəndləri yaxınlığındakı Naxçıvan istiqamətidir”.
Erməni mətbuatı saxtakarcasına iddia edir ki, bu ərazilərdə vaxtaşırı hadisələr baş verir və nəticədə ölüm və yaralanmalar olur.
Nigar