Türkiyə - Azərbaycan
Sən güclüsən, yenilməzsən, böyük türk dünyasının döyünən ürəyisən, Türkiyə!
Səni oda yaxıb, zülmətə sürükləmək istəyənlərin bu dəfə də məkrli niyyətləri öz başlarında çatlayacaq!
Səni oda yaxıb, zülmətə sürükləmək istəyənlərin bu dəfə də məkrli niyyətləri öz başlarında çatlayacaq!
İsmayıl Mərcanlı İmanzadə
Türkiyə - Azərbaycan
Bir-birinə bənzəyir
Əkiz qardaşlar kimi.
Tanınıblar ən əziz
Dostlar-sirdaşlar kimi.
Ləhcələri şipşirin,
Harda var belə sərvət?
Müdriklər yaxşı demiş -
“Bir millət, iki dövlət”!
Sən bir möcüzəyə bax,
Biri ürək, biri can-
Türkiyə-Azərbaycan!
Ay-ulduz nişanlıdır
Möhtəşəm bayraqları.
Şimşək kimi çaxıblar
Tapdananda haqları.
Ləkəsiz bir aynadır
Dənizləri, gölləri.
“Can” deyib, “can” eşidir
Obaları, elləri.
Dağları şah vüqarlı,
Həm sultandır, həm də xan -
Türkiyə-Azərbaycan!
Yenilməz dar ayaqda
Ərənləri, ərləri.
Şəhid ucalığından
Güc alıb zəfərləri.
Cavad xan, Məmməd Əmin,
Atatürk, Heydər adlı
Qibləgahları canlı.
Ulu tarixlərinin
Hər sətri, sözü şanlı.
Böyük türk dünyasının
Cismində dövr edən qan -
Türkiyə-Azərbaycan!
Düşmənə göz dağıdır
Şəhərləri, kəndləri.
Bir qala timsallıdır
Bərələri-bəndləri.
Əzəl gündən hər biri
Dosta-dostdur, yada-yad.
Keçmişləri şərəfli,
Çağdaş günləri abad.
Dar ayaqda yan-yana
Dayanıbdılar hər an -
Türkiyə-Azərbaycan.