7 aylıq qardaşını pəncərədən atıb
9 yaşlı autizm xəstəsi olan uşaq 7 aylıq qardaşını pəncərədən atıb.
Paralel.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Samsun şəhərində baş verib. Verilən məlumata görə, 9 yaşlı autizm xəstəli uşaq 7 aylıq qardaşını qucağına alaraq evin pəncərəsindənatıb. Təxminən 2 metr yüksəklikdən yerə düşən körpə xəsarət alıb.
Körpə şəhər xəstəxanasına çatdırılıb və müalicə olunub. Hadisə ilə bağlı araşdırma aparılır.