Çin koronavirusla bağlı proqnoz verib
Paralel.az xəbər verir ki, koronavirusun bütün dünyada can almağa davam etdiyi bir vaxtda xəstəliyin başladığı Çindən kritik xəbərdarlıq gəlib.
"Wuhan Virologiya İnstitu"ndan Shi Zhengli epidemiyanın hələ aysberqin görünən tərəfi olduğu iddiasını irəli sürüb.
İngilis mediasında yayılan xəbərlərə görə, yeni variantların ortaya çıxacağını deyən alim "qiyamət günü" mutasiyası adlanan daha ölümcül virusla qarşılaşmağımızın an məsələsi olduğunu deyib. COVID-in mutasiyaya davam edəcəyini və dünyanın bu virusla yaşamağa öyrənməli olduğunu vurğulayan alim Zhengli peyvəndlənmənin sürətlənməsinin vacib olduğunu diqqətə çatdırıb.
Şahnaz