Beyin stimullaşdırıcısı nikotin asılılığını məhv edə bilər

 

 

 

Beyin stimullaşdırıcısı nikotin asılılığını məhv edə bilər   
 

Paralel.az xəbər verir ki, qeyri-invaziv beyin stimullaşdırılması siqaret çəkənlərdə nikotin istifadəsi tezliyini azaltmağa kömək edir. Bu, bir neçə elmi araşdırmanın nəticəsidir. Tütün yarpaqlarındakı alkaloid adlı nikotin bədənə daxil olandan sonra qan vasitəsilə tez yayılır, hətta qan-beyin baryerini də aşır. Bu isə nikotin molekullarının həqiqi bir dərman kimi hərəkət edərək beynə girməsi deməkdir.

Alkaloid beynimizdəki nikotinik asetilkolin reseptorlarına təsir edir ki, bu da adrenalin ifrazına səbəb olur. Bu da öz növbəsində nəbzin, qan təzyiqinin və qanda qlükoza səviyyəsinin artmasına səbəb olur. Beləliklə, psixostimulyator rolunu oynayan, kiçik dozalarda olan nikotin subyektiv rahatlaşdırıcı, canlandırıcı təsir göstərir. Qan qlükozasının artması isə aclıq hissini azaldır.

Bundan başqa, nikotin beyindəki “mükafat hormonu” adlanan dopaminin səviyyəsini artırır. Bütün bunlar siqaret çəkənlərdə güclü nikotin asılılığının yaranmasına gətirib çıxarır. Qeyd edək ki, bu asılılığın həm klassik, həm də elektron siqaretdən yarandığı artıq sübuta yetirilib. Beyində nikotinin çox olması yeni nikotin reseptorlarının meydana gəlməsinə səbəb olur ki, bununla asılılıq daha da güclənir. Stimullaşdırıcı maddə bədənə daxil olmağı dayandıranda isə bu reseptorlar işə davam edə bilmək üçün yeni bir doza tələb edirlər. Buna görə də, nikotin asılılığından təkbaşına qurtarmaq insanların çoxu üçün çətindir. Mütəxəssislər deyir ki, bu, ciddi psixoloji iş tələb edən və fizioloji səviyyə daxil olmaqla, xoşagəlməz hisslər gətirən uzun bir prosesdir. Tədqiqatçılar bu səbəbdən nikotin asılılığı ilə mübarizə aparmaq üçün daim yeni üsullar axtarırlar. Həkimlər isə ümumiyyətlə, siqaret çəkməməyə çağırırlar.

Siqaretlə mübarizənin müasir üsullarından biri qeyri-invaziv beyin stimullaşdırmasıdır. O, subkutan və ya kəllədaxili implantların quraşdırılmasını tələb etmir. Bu üsulun daimi nikotin istehlakı ilə pozulan beyin fəaliyyətini dəyişdirdiyi də qeyd edilir.

Tədqiqat müəllifləri qeyd edir ki, bu yöndə araşdırılan metodlardan heç biri iştirakçıların siqaret çəkmək istəyini azaltmayıb. Nikotin asılılığı müalicə olunmamış nəzarət qrupunun iştirakçıları ilə eyni olaraq qalıb. Lakin dopamin istehsalının artması iştirakçıların beynindəki mükafat sistemini balanslaşdırıb. Bu isə siqaret çəkmək istəyinin və nikotin çəkilmə simptomlarının öhdəsindən gəlməyə kömək edə bilər.

 

Tədqiqatçılar deyir ki, bu asılılıq çətin bir sınaqdır. Bəzi insanların müalicəni davam etdirməkdən imtina etməsi və asılılığa qayıtması da təəccüblü deyil. O da qeyd edilib ki, beyin stimullaşdırılması depressiyanı aradan qaldırmağa və bəzi bacarıqları inkişaf etdirməyə də kömək edir.

Nigar

0.044401884078979