Yerli mədəniyyət fəaliyyətini stimullaşdıran tədbirlər davam edir
Paralel.az xəbər verir ki, kənd yerlərində asudə vaxtın daha səmərəli təşkil olunması, yaradıcı mühitin aşkar edilməsi və s. istiqamətdə tədbirlər davam edir. Bu istiqaməti seçən “Mədəni kənd - mədəni mühit” layihəsinin növbəti ünvanı Axıska türklərinin yaşadığı Nəsimikənd olub. Saatlı rayon mədəniyyət mərkəzindən verilən məlumata görə, “Mədəni kənd - mədəni mühit” layihəsi çərçivəsində gerçəkləşən tədbir mədəniyyət məssisələrinin bilavasitə özlərinin yaradıcı kollektivinin iştirakıyla gerçəkləşib.
Tədbir çərçivəsində Adıgün kənd mədəniyyt evi və Nəsimikənd kənd folklor evinin rəqs kollektivi ilə bədii özfəaliyyət kollektivi üzvlərinin ifasında müxtəlif rəqslər və musiqi nömrələri ifa edilib. Eləcə də müxtəlif adda kulinariya nümunələri hazırlanaraq təqdim edilib. Qeyd edək ki, Sabirabad Regional Mədəniyyət İdarəsinin may ayından başlayaraq həyata keçirdiyi layihə mədəniyyət müəssisələrinin fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyır. Kəndlərdə mədəni mühitin canlandırılması, əhalinin asudə vaxtının səmərəli təşkil olunması, onların mədəni tələbatının ödənilməsi, eləcə də, kəndlərdə yaradıcı potensialın aşkar edilərək meydana çıxarılması layihənin əsas məqsədidir.
Qeyd edilib ki, daim müzakirə mövzusu olan və həyata keçirilməsi vacib sayılan, bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin fəallığının və onlara marağın artırılması məsələsinə belə layihələrin köməyi dəyə bilər.
Nigar