Tokioda tam bir fiasko
Paralel.az xəbər verir ki, böyük ümidlərlə Tokio olimpiadasına yol saldığımız idmançılarımızın əksəriyyəti onlara bəslənilən etimadı doğrulda bilmədilər. Yarışlar bugün başa çatır ancaq hələ də qızıl medalımız yoxdur. Güləş ənənəsinin ölkəmizdə güclü olması heç olmasa burda birincilik qazanacağımıza inamımızı artırırdı.
Amma hətta qatıldığı bütün beynəlxalq yarışlarda çempionluğu əldən verməyən Mariya Sadnik də bu dəfə birinci pillədən kənarda qaldı. Karatenin Brliyantı Rafael Ağayevin finalda uduzması isə sanki yaramıza köz basdı. Bütün hallarda milyonlar töküb bəslədiyimiz, Azərbaycana əliboş dönən milliləşdirilmiş əcnəbilərdən fərqli olaraq yerli idmançılarımız gümüş və bürünc medal gətirdilər.
İdmanı şəxsi biznesinə çevirən federasiya rəhbərləri, çörəyi ver o çörəyin qədrini bilənlərə. Məşqləri gecə barlarında tumançaq qızlarla edən Sotomayor, Çırçaqani nə bilim tumanovalardan bu ölkəyə xeyir gəlməz.
Səma