İkinci tip diabet və böyrək çatışmazlığı olanlar üçün yeni cihaz

 

İkinci tip diabet və böyrək çatışmazlığı olanlar üçün yeni cihaz 
 

Paralel.az xəbər verir ki, ikinci tip diabetli insanların, ən azından böyrək çatışmazlığı olanların həyatı bir qədər asanlaşa bilər. Beynəlxalq araşdırma qrupu qan şəkərini təsirli və etibarlı şəkildə tənzimləyən “süni pankreas” kimi uğurlu bir işə imza atıb.

Qeyd edilib ki, xəstələrin demək olar ki, üçdə-birində qaraciyər çatışmazlığının səbəbi diabetdir. Böyrək çatışmazlığı olan, mütəmadi olaraq dializ üçün klinikaya müraciət edən xəstələrə böyrək funksiyasını tam şəkildə bərpa etmək üçün donor böyrək nəqli tələb edilir. Ancaq müxtəlif səbəblərdən bütün xəstələr transplantasiya edə bilmirlər.

Bu mənada, böyrək çatışmazlığı olan xəstələrdə keyfiyyətli diabet müalicəsi təmin etmək son dərəcə çətin ola bilər. Eləcə də, böyrək çatışmazlığı olan xəstələr üçün optimal insulin inyeksiya rejimini təyin etmək çox çətindir.

Bundan əvvəl Kembric Universitetinin tədqiqatçıları 1-ci tip şəkərli diabet xəstələrinə insulin inyeksiyasını əvəz etmək üçün süni pankreas hazırlamışdılar. “Nature Medicine”də nəşr olunan bir araşdırmada isə İsveçrəli həmkarlarıyla birlikdə ikinci tip diabet və böyrək çatışmazlığı olan xəstələr üçün hazırlanmış oxşar cihaz təqdim edilib. Bu, istifadəçinin bədəninə taxdığı kompakt bir cihazdır. O, xəstənin qan qlükoza səviyyəsini izləyərək sağlam bir pankreas rolunu oynayır. Əvvəlki versiyadan fərqli olaraq, yeni süni pankreas tamamilə qapalı sistemdir. Sistem bir insulin pompası, qan qlükoza ölçmə cihazı və proqramdan ibarətdir. İstifadəçinin smartfonuna quraşdırılmış proqram qlükometr göstəricilərini təhlil edir və zərurət yarandıqda xəstənin qanındakı insulin səviyyəsini tənzimləmək üçün insulin pompasına əmr göndərir. Ölçmə cihazı daha sonra xəstənin qan şəkərini ölçür və oxunuşları yenidən tənzimləmək üçün proqramı smartfona göndərir. Bunun sayəsində istifadəçinin göstəriciləri təkbaşına izləmək və 1-ci tip diabet üçün hazırlanmış cihazın versiyasında lazım olan insulin miqdarını əl ilə tənzimləmək məcburiyyəti qalmır.

Nigar

0.027177095413208