Yoluxma yeni anti-rekord qırdı
Adil Qeybulla: "Əslində "Delta" ştammı Hindistanda perfomans nümayiş etdirəndə bizdə qabaqlayıcı tədbirlər görməli idi"
Paralel.az xəbər verir ki, koronavirus pandemiyasının üçüncü dalğasını yaşadığımız dövrdə Azərbaycanda yoluxma sayı dünən yeni anti-rekord qırdı - yoluxanların sutkalıq sayı 1196-ya çatdı. Gün ərzində COVİD-19 testləri müsbət çıxan 4 nəfər dünyvsını dəyişib, ölkədə aktiv xəstə sayı 9118-ə yüksəlib. Doğrudan da çox düşündürücüdür, bunun səbəbi nədir, yenidən xüsusi karantin rejiminin sərtləşdirilməsi ola bilərmi?
Bütün bu suallarla tibb professoru Adil Qeybullaya müraciət etdik. Mütəxəssis bildirdi ki, yoluxmanın artmasına birinci səbəb təmasların artmasıdır: "Bakı şəhəri və ətraf rayonlarda fəaliyyət göstərən kafe və resatoranlarda insanlar heç bir qorunma vasitələrindən istifadə etmirlər, həmin obyektlərdə yoluxma üçün tam münbit şərait var. Digər tərfdən, əhali elə bil ki, koronavirus barədə unudub, saytlarda və sosial şəbəkələrdə edilən çağrışlara heç kim məhəl qoymur. Halbuki, Avropa ölkələrində artıq qadağalar sərtləşdirilir, qabaqlayıcı tədbirlər görülür. Əslində "Delta" ştammı Hindistanda perfomans nümayiş etdirəndə bizdə qabaqlayıcı tədbirlər görməli idi. Bilirsiniz ki, Hindistanda gündə milyonlarla adam yoluxur, üç mindən çox adam ölürdü, cəsədləri küçədə yandırırdılar.
Bundan əlavə, mən düşünürəm ki, toyların formatını dəyişib, onu açıq havada keçirmək lazımdır. Belə olsa yoluxma potensialı da azalar. Mümkün qədər qapalı məkanlarda toy şənliklərinin keçirilməsindən qaçmaq lazımdır. Hazırda toyda iştirakçıların sayı 150 nəfərlə məhdudlaşdırılması nəzərdə tutulsa da, toylarda bundan dəfələrlə çox qonaq iştirak edir. Hərçənd ki, mənə elə gəlir bu məhdudiyyəti yüz nəfərə endirmək lazımdır. Hesab edirməm ki, qapalı məkanlarda biz qorunma qaydalarına əməl etməliyik və peyvəndləməni gücləndirməliyik".
Xəstəliyi keçirmiş insanların neçə aydan sonra peyvənd vurdura bilməsinə gəlincə, professor bildirdi ik, əvvəllər bunu 6 ay nəzərdə tuturdular, indi isə 3 ay deyirlər: "Burada əsas məsələ orqanizmdə əks-cismin zəif və ya güclü olması ilə bağlıdır. Əks-cism tez zəifləyirsə, vaksini də tez almaq lazımdır. Yəni xəstəlik keçirmiş şəxslərin vaksin vurdurmaq müddətinin müəyyənəşdirilməsi üçün təhlil aparılmalıdır".
Akif