Azərbaycan meşə yanğınlarına qarşı Belarus təcrübəsindən yararlanmalıdır
Paralel.az xəbər verir ki, artıq bir neçə gündür ki, Azərbaycanın bölgələrindən meşə yanğınları barədə həyacanlı xəbərlər gəlməkdədmr. Belə ki, Yardımlı meşələrində yanğınlar söndürülməmiş Lənkəran meşələrindən yanğın barədə məlumatlar daxil oldu. Hirkan Milli Parkında genişlənən yanğınlar başlayıb. Yanğının söndürülməsi üçün yanğınsöndürmə briqadaları və bir helekopter cəlb edilib.
Bununla bağlı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova qurum adından əhaliyə və sahibkarlara müraciət ünvanlayıb.
Müraciətdə bildirilir ki, hər kəsi, xüsusilə də meşə ərazilərinə yaxın kəndlərin əhalisini, təbiət qoynunda istirahət edən turistləri, fermerləri və bütün vətəndaşlarımızı hədsiz dərəcədə duyarlı və diqqətli olmağa, odla ehtiyatlı davranmağa, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, biçindən sonra sahələrə od vurmamağa çağırırıq. Bilməliyik ki, hər birimizin ani ehtiyatsızlığı və etinasızlığı dəhşətli fəlakətə səbəb ola bilər. Meşə yanğınlarının çox ciddi və təhlükəli olması hər bir vətəndaşın daim diqqətində olmalı, bu həyəcanı hər kəs hiss etməlidir".
ETSN-nin əhaliyə, turistlərə, sahibkarlara ünvanlanan müraciəti başa düşüləndir və vacib məsələdir. Lakn nazirlik işlərini bununla bitmiş hesab etməməli, əlavə tədbirlər görməlidir.
Məsələn, təsadüfi yanğınlardan meşə ərazilərini sığortalamaq üçün Belarus təcrübəsindən yararlanmaq olar. Belarusda yaz otu quruyan kimi meşə massivlərinin yanından keçən və daxilinə nüfuz edən bütün yolların ətrafı şumlanır ki, təsadüfi düşən od meşəyə yayılması. Şum odun qarşısını almaq üçün təcridedici vasitə kimi istifadə edilir.
Bununla yanaşı, Belarus meşələri şum zolaqları ilə kiçik hissələrə bölünür ki, bir bölük meşəyə düşən od digər bölüyə keçə bilməsi. Yəni meşə massivləri şum zolaqları ilə kiçik qəfəslərə bölünür. Fikrimizcə, Azərbaycan təcili olaraq bu təcrübədən yararlanmalıdır.
Digər tərəfdən, Yardımla və Lənkaran meşələrindəki yanğınları yalnız təsadüflərin üzərinə yükləmək olmaz. Hazırda Yardımlı və Lənkərada havanın temperaturu Aran iqtisadi rayonunda yerləşən inzibati rayonlardan xeyli aşağıdır. Necə olur ki, 40 dərəcədən yuxarı temperatura malik ərazilərdə deyil, havanın temperaturu 30 dərəcəni keçməyən Yardımlı, Lənkgranda və Ağsuda meşə yanğınları baş verir? Məntiqi cavab ondan ibarətdir ki, Arandakı meşələrdən fərqli olaraq, Yardımlı, Lənkəran və Ağsuyun dağlıq ərazisindəki meşələrində açıq ərazilərin yaranması turizm sahəsində iş qurmaq və ya fəaliyyətini genişləndirmək istəyən sahibkarların maraq dairəsindədir. Məsələ həm də bu kontekstdə çözülməli, belə hallar aşkarlandırsa, səbəbkar ciddi cəzalandırılmalı və yanğın baş verən ərazilərdə meşə mütləq bərpa edilməlidir. Əvvəlki illərin təcrübəsi göstərir ki, turizm zonalarında meşə yanğınları nəticəsində məhv edilən meşə ərazilərində sonradan turizm obyektləri peyda olur. Bu tendensiyaların qarşısını ala bilsək, meşə yanğınlarının statistikasında ciddi azalma müşahidə edəcəyik.
Akif Nəsirli