Prezident İlham Əliyevin tənqidçiləri arasında Vladimir Putin və Rəcəb Tayyib Ərdoğana pərəstiş edən çoxsaylı insan mövcuddur. Aydın görünür ki, cəmiyyətin önəmli bir hisəsi hələ də “Yaxşı padşahın nağılı”na inanır.
Rusiya Dövlət Statistika Xidmətinin məlumatına görə, Rusiyada hər dörd uşaqdan biri, daha dəqiqi 18 yaşdan kiçik bütün uşaqların 23,6 faizi gəlirləri yaşayış minimumundan aşağı olan ailədə yaşayırlar. Bu isə Rusiyada hər dörd uşaqdan birinin yoxsulluq içində yaşaması deməkdir. Paralel.az xəbər verir ki, müstəqil ekspertlər hesab edir ki, Rusiyada hər iki uşaqdan biri yoxsulluq içində yaşayır.
Rusiyanın rəsmi qurumlarının məlumatına görə, 2000-2018-ci illər arasında Rusiyaya 7 trilyon dollar pul daxil olub. Ötən 3 ildə də Rusiyaya ən azı 500 milyard dollar dolların daxil olduğunu nəzərə alsaq belə anlaşılır Putinin 21 illik avtoritar hakimiyyəti ərzində Rusiyaya 7.5 trilyon dollar daxil olub. Bunun müqabilində Rusiyada rəsmi məlumatlara görə dörd uşaqdan biri, müstəqil ekspertlərin fikirincə isə iki uşaqdan biri yoxsulluq içərisində yaşayır. Rusiyanın bu nümunəsi göstərir ki, cəmiyyət yaxşı padşah nağılına inanmamlıdır. İnsanlar mərhəmət deyil, ədalət tələb etməlidir. Mərhəmət ayrı-ayrı fərdlər, ədalətdən isə hər kəs üçündür.
Xəqani Cəfərli