Qədim Beyləqandayam
"Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas: "Bu gün qədim, cənnətməkan torpağımız, doğma Beyləqandayam. Rayona çatdığım andan rayon əhalisi nümayəndələrinin yerli hakimiyyət orqanlarının, xüsusən icra hakimiyyətinin, polisin, prokurorluğun, məhkəmənin və digər orqanları əməkdaşlarının rayonda yaratdıqları rüşvət karuselindən şikayət edənlərin sayı-hesabı yixdur!..
Rayon əhalisinin şikayətinin məzmunu ilə tanış olandan sonra aydın olur ki, rayon rəhbərliyi ölkə Prezidenti, müzəffər Ali Baş komandanın xalqa xidmət etmək, rüşvətxorluğa qarşı mübarizə aparmaq barədə məmurlara verdiyi tapşırıqları qəti olaraq yerinə yetirmir! Əksinə ölkə Prezidenti ilə xalq arasında yaranmış yüksək, polad kimi möhkəm birliyinin yerində narazılıq uçurumu yaratmaqla məşğuldur!
Rayon rəhbərliyinin əhaliyə qarşı sərgilədiyi qeyri-humanist, rüşvət və korrupsiya təhdidinə baxmayaraq rayon əhalisi ölkə prezidentinin və Birinci vitse- prezidentin Azərbaycan dövlətinin güclənməsi istiqamətində həyata keçirdiyi yüksək nəticələrə hesablanmış siyasəti müdafiə edirlər!..
Eyni zamanda rayon ictimaiyyəti ölkə rəhbərliyinin möhkəm siyasi iradəsinin gücünə əmindir ki, hər zaman, xüsusən birinci və ikinci Qarabağ Müharibəsində üst-üstə 330 nəfər qəhrəman oğlunu Şəhid vermiş beyləqanlıları rüşvət və korrupsiya burulğanında boğan rayon rəhbərliyini intizama dəvət edəcək və rayonda yaradılmış rüşvətxorluq mühitini ortadan qaldırılacaqlar!.."
Röyal