“Dəli yığıncağı” yaxud saxta diplomlular Məclisi

“Dəli yığıncağı” yaxud saxta diplomlular Məclisi
 
“Kontak Home”-in şəhid ailəsindən kreditlə götürülmüş yataq dəstini müsadirə edən sahibi Elnur Allahverdiyev buyurur ki, təmsil olunduğu Milli Məclis bü günə qədər olub bitmiş parlamentlərin ən yaxşısıdır. Təbii, qanunla qadağan olunsa da, seçiləndən sonra da deputata biznes fəaliyyətiylə məşğul olmaq irad tutulmursa demək o parlament yaxşıların ən yaxşıdır. Ancaq son bir həftədə bu qrum üzvlərinin iştirakıyla baş verən olaylar ortaya qoydu ki, mövcud parlament müstəqillik tariximizin  ən biabırçı parlamentidir, üz qarasıdır.
Paralel.az xəbər verir ki, Sabiq deputat Eldəniz XAŞMAZSKİnin ( polisi döydüyünə görə həbsxanada hörmətlə qarşılanacağı şübhə doğurmayan Səlimov yəqin ki, “bratva”lar tərədindən artıq bu ləqəblə təltif olunub) ali təhsil haqqında diplomu möhürdən başqa heç bir fəaliyyəti olmayan Dağıstan Dövlət Universitetindən pulla satın alımmış saxta sənəddir və adam elə bu sənədlə də qanunverici orqanda təmsil olunmaq hüququ qazanıb. 
XAÇMAZSKİnin diplomunun saxta olması öz növbəsində medianın diqqətini parlamentə yönəldib. İndi jurnalistlər Milli Məclisdəki saxta diplomluların axtarışına çıxıb və demək olar ki, ilk cəhd uğurlu alınıb. Məlum olub ki, 113 saylı dairədə ( Şəki rayonu) akademik Yaqub Mahmudovun kürəyin yerə vuraraq mandat sahibi olan Vüqar İsgəndərov adlı “fərari”nin də ( hərbi xidmətdə olmayıb, baxmayaraq ki, Sərhəd Qoşunlarının yaranmasının 100 illiyi şərəfinə təsis edilmiş medalla təltif olunub) diplomu saxtadır. Yəni adamın savadı çatmayıb ölkədəki 30-40 ali məktəbdən birinə daxil olsun, gedib Gürcüstanın 5900 nəfər əhali yaşayan Laqodexi Elmi-Təhqiqat İnstitutundan hüquqşünas diplomu alıb. Və maraqlıdır ki, daha sonra İskəndərov  40 yaşında Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakultəsini də cəmisi ikicə ilə bitirərək daha bir diploma sahib olub və elə bu saxta sənədlərlə də müxtəlif dövlət vəxifələrində işləyib. Nəhayət karate idman növü üzrə müammalı titulları da olan Vüqar İskəndərovun səsi bu gün Milli Məclisdən gəlir. 
Desək ki, bunlarla parlamentdəki saxta diplomlular yekunlaşdı, səhv etmiş olarıq. Çünki orda daha 10-12 nəfər var ki, mandatları kimi diplomları da saxtadı.
         
Səma
0.070111036300659