FOTO - Tovuz rayon sakini saxlanılıb

FOTO - Tovuz rayon sakini saxlanılıb
 

Tovuz rayonunda oğurluq hadisəsi baş verib. Rayon sakini ona məxsus evdən nağd pulun oğurlanması barədə polisə müraciət edib.

Daxil İşlər Nazirliyinin mətbuat xidmətindən Paralel.az -a verilən məlumata görə, hüquq-mühafizə orqanının əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən 2550 manat pul oğurlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs həmin evdə kirayə ödəməklə yaşayan Fariz İsgəndərov saxlanılıb. O, ev sahibinin toyda olduğu bildiyindən, fürsətdən istifadə edərək, pəncərədən evə daxil olaraq ev sahibinə məxsus pulları oğurladığını etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Azərbaycanda kirayənişindən ev sahibinə qarşı ŞOK CİNAYƏT - Toya gedən kimi...

Röyal

0.011329174041748