Hipotiroidizm əlamətləri mövsümi yorğunluqla qarışdırıla bilər
Medicana Çamlıca Xəstəxanası endokrinoloji və metabolik xəstəliklər üzrə mütəxəssis Safiye Arık hipotiroidizm əlamətlərinin mövsümi yorğunluqla qarışdırılma ehtimalından danışıb. Paralel.az Türkiyə mətbuatına istinadən, mütəxəssisin hipotiroidizmin bir çox fərqli səbəbdən inkişaf edə biləcəyini qeyd edib. Mütəxəssisə görə, hipotiroidizmin ən çox yayılmış səbəbləri kimi, tiroid bezinin otoimmun xəstəliyi, radioaktiv yod müalicəsindən sonrakı təsirlər, tiroid əməliyyatı, radionion terapiya, bəzi dərmanlar, anadangəlmə xəstəliklər, hipofiz ola bilər. Xəstəlik simptomlarının hormon çatışmazlığının şiddətindən asılı olaraq dəyişdiyini vurğulayan doktor, simptomların əvvəlcə qeyri-müəyyən olsa da, tədricən ortaya çıxacağını deyib. Öncə yorğunluq və çəki artımı kimi qeyri-spesifik simptomların ola biləcəyini söyləyən Safiye Arık, tiroid hormonlarının çatışmazlığı, yorğunluq, qəbizlik, yuxusuzluq, dərinin quruluğu, temperatur dəyişikliyinə həssaslıq, çəki artımı, əllərdə, ayaqlarda və üzdə ödem, əzələ zəifliyinin mümkünlüyünü qeyd edib.
Paralel.az xəbər verir ki,mütəxəssis dərmanları müntəzəm şəkildə istifadə edərək tiroid funksiyasını lazımi səviyyədə saxlayan insanların həyatında heç bir dəyişiklik etmədən yaşadıqlarını söyləyib.
Açıq hipotiroidizmli xəstələrin müalicə almalı olduqlarını vurğulayan S.Arık, müalicənin ömür boyu davam etdiyini deyib. O, “Subklinik Hipotiroidizm” vəziyyətində şikayətlərə görə dərman qəbuluna qərar verildiyini də söyləyib. Şikayəti olmayan subklinik hipotiroidizm xəstələrinin dərmansız təqib oluna biləcəyini ifadə edən Arık, şikayəti olanlar üçün bir müddət dərman qəbulunun mümkün, daha sonra xəstənin müalicəyə davam edib-etməməsinə bağlı olaraq nəzarətin davam etdirildiyini qeyd edib.
Nigar