Səni çox sevirəm Azərbaycanım

Səni çox sevirəm Azərbaycanım
 

Mən səni çox sevirəm,

Canım gözüm Azərbaycan,

Sən həm Azər, həm də Bəysən

Həm canına can fəda Can

*  *  *

Gecə gündüz duaçıyam

Qələbəmiz olsun bəyan

Doğma yurdum, elim, obam

Görən gözüm Azərbaycan

*  *  *

Mən səni çox sevirəm

Canım, gözüm Azərbaycan

Qoy səni hifz eləsin

Sübhan olan Pak Yaradan

*  *  *

Yaradandan ricam budur

Mərd oğullar heç ölməsin,

O, igid oğulların

Arzuları sönməsin

*  *  *

Dədəm Qorqud dağ başında

Üç ocaq da qalasın,

O, uca dağ başında

Bayrağım dalğalansın

*  *  *

Mən səni çox sevirəm,

Canım, gözüm Azərbaycan

Bir də heç vaxt ağlama

Demə Şəhidim vay can

*  *  *

Oğluna, qızına gülə-gülə

De hay can

Dilimin əzbəri,

Ürəkdə döyünən can

*  *  *

Sənsiz qaranlıq olar

Bil ki, mənə bu Cahan

Gözümün nuru olan,

Görən gözüm Azərbaycan!

 

Mənim igidim, cəsurum

Qorxmazdı  Vurğunum

Sən indi ordasan,

Dağlar qoynundasan

*  *  *

Necədi Zəngəzurum,

Mənim doğma Yurdum?

Yaqin ki, sevinir

Babamız olan Ulum

Deyir xoş gəlmisən 

Mənim mərdanə oğlum

*  *  *

Zəngəzurdan xəbər ver

Arana, İrəvana

Vətən eşqi ilə yanan

Nazı adlı yazana

Desin Azərbaycana,

Həm bütün cahana

*  *  *

Tezliklə Zəngəzurdan

İrəvana  gedərik

İrəvandan dünyaya

Bir Salam da verərik

*  *  *

Deyərik bu bizik

Boz qurd oğlu türk olan

Dünyada var olsun

Türksoylu türk olan

Yaşasın Azərbaycan,

Var olsun Türküstan!

 

Nəzakət Cəlilova

0.074805021286011